PDF Oxu

Siyasət

  • 1 106

“Bərpa-quruculuq işləri bölgənin iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar yaradıb“ - ŞƏRH EDİLDİ

“Bərpa-quruculuq işləri bölgənin iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar yaradıb“ - ŞƏRH EDİLDİ

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri bölgənin iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar yaradıb.Bu sözləri SİA-ya deputat Şahin Seyidzadə deyib.O bildirib ki, qarşıdakı illərdə əsas vəzifə bu imkanları davamlı iqtisadi inkişafa, yeni iş yerlərinə və əhalinin rifahının yüksəlməsinə çevirməkdir:“Bunun üçün ilk növbədə özəl investisiyaların cəlb edilməsi, sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının müasirləşdirilməsi və yerli məhsulların emalının genişləndirilməsi vacibdir. İstehsalın artırılması ilə yanaşı, rəqabətqabiliyyətli məhsulların xarici bazarlara çıxarılmasına da xüsusi diqqət yetirilməlidir. Bu, həm regionun iqtisadi fəallığını yüksəldər, həm də Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verər. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat-logistika imkanlarından səmərəli istifadə olunmalı, turizm potensialı geniş iqtisadi dövriyyəyə cəlb edilməlidir. Şuşanın tarixi-mədəni irsi, Kəlbəcər və Laçının təbii sərvətləri və digər ərazilərin turizm imkanları yeni sahibkarlıq təşəbbüsləri üçün əlverişli zəmin yaradır. Yaşıl enerji, rəqəmsal texnologiyalar və innovativ istehsal sahələrinin inkişafı da regionun uzunmüddətli iqtisadi dayanıqlılığını gücləndirə bilər.Bütün bunlarla yanaşı, Böyük Qayıdışın davamlılığını təmin etmək üçün insanların doğma torpaqlarında daimi iş və gəlir imkanlarına malik olması mühüm əhəmiyyət daşıyır. Peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, gənclərin məşğulluğunun artırılması və kiçik və orta sahibkarlığın dəstəklənməsi bu baxımdan xüsusi rol oynayır. Bütün bunlarla yanaşı, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında insan kapitalının gücləndirilməsi, özəl sektorun fəallığının artırılması və müasir iqtisadi yanaşmaların tətbiqi mühüm əhəmiyyət daşıyır”.

Ayşən Vəli

Digər xəbərlər