Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 67” ünvanı üzrə Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi mühüm mesajlar və qarşıya qoyduğu hədəflərlə bağlı növbəti müzakirə keçirilib.
Görüşdə Azərbaycanın hərtərəfli inkişafının davam etdirilməsi, cəmiyyətin birliyinin və həmrəyliyinin qorunması, dövlətçilik ideyalarının təbliği və milli maraqların müdafiəsi istiqamətində görüləcək işlərdən bəhs olunub. Qeyd edilib ki, dəyişən informasiya mühitində düzgün məlumatlandırma aparmaq, xüsusilə gənclərin milli dəyərlərə bağlılığını gücləndirmək və ideoloji təsirlərə qarşı hazırlıqlı olmaq mühüm vəzifələrdəndir.
Görüşün sonunda partiyaya üzv olan şəxslərə vəsiqələr təqdim olunub.