PDF Oxu

Siyasət

  • 580

YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Sumqayıt şossesi 3-cü km ünvanlı ərazi partiya təşkilatında görüş keçirildi

YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Sumqayıt şossesi 3-cü km ünvanlı ərazi partiya təşkilatında görüş keçirildi

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Sumqayıt şossesi 3-cü km ünvanlı ərazi partiya təşkilatında görüş keçirildi.
Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanımızın müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən uca zirvə - şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Görüşü giriş nitqi ilə açan Bakı Beynəlxalq Avtovağzal Kompleksinin baş direktorunun müavini Samir Dilavərli bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkənin inkişaf prioritetlərinin müəyyənləşdirilməsində və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm yer tutur. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni dövrün çağırışlarının müəyyənləşdirilməsi, təşkilati fəaliyyətin təkmilləşdirilməsi və partiya üzvlərinin qarşısında duran vəzifələrin bir daha diqqətə çatdırılması baxımından əhəmiyyətlidir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin İctimaiyyətlə əlaqələr üzrə şöbə rəhbəri Rövşən Əliyevin sözlərinə görə qurultayda səsləndirilən ideya və çağırışların ərazi partiya təşkilatlarında ardıcıl şəkildə təbliğ olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, milli birlik və həmrəyliyin qorunması, dövlətçilik prinsiplərinə bağlılığın gücləndirilməsi, eləcə də ictimaiyyətlə əlaqələrin genişləndirilməsi partiya fəaliyyətinin mühüm istiqamətlərindəndir. Partiya üzvlərinin fəallığı və təşkilati işlərdə məsuliyyətli iştirakı qarşıya qoyulan vəzifələrin icrasına töhfə verir.
Millət vəkili Səbinə Xasayeva isə çıxışında dövlət başçısının qurultayda müəyyənləşdirdiyi strateji hədəflər, Azərbaycanın müasir inkişaf modeli, ölkəmizin siyasi və iqtisadi qüdrətinin artırılması, milli maraqların qorunması, eləcə də beynəlxalq müstəvidə mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. O bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir və milli maraqlarını etibarlı şəkildə təmin edir.
Görüşdə geniş nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Prezident İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqinin siyasi və ideoloji əhəmiyyətindən bəhs edib. Bildirib ki, ölkəmizin əldə etdiyi nailiyyətlərin qorunması, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi və milli maraqların müdafiəsi partiyanın hər bir üzvündən məsuliyyətli yanaşma tələb edir. O, həmçinin VIII Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində ərazi partiya təşkilatlarının üzərinə düşən vəzifələri qeyd edib.

Digər xəbərlər