PDF Oxu

Siyasət

  • 598

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Göyşaban kənd ərazi partiya təşkilatında müzakirə olunub - FOTO

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Göyşaban kənd ərazi partiya təşkilatında müzakirə olunub - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş iclas Göyşaban kənd ərazi partiya təşkilatında keçirilib.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İclası giriş sözü ilə açan məktəb drektoru, Göyşaban kənd ərazi partiya təşkilatının sədri Münasib Nuriyev VIII Qurultayın partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, Prezident İlham Əliyevin çıxışında irəli sürülən çağırışların yerli partiya təşkilatlarının gündəlik fəaliyyətində əsas götürülməsinin, əhali ilə işin gücləndirilməsinin və partiya üzvlərinin təşəbbüskarlığının artırılmasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən YAP-ın VIII Qurultayının iştirakçısı Asif Məmmədov qurultayda səsləndirilən fikirlərin ölkənin gələcək inkişafı və partiyanın cəmiyyət qarşısındakı məsuliyyəti baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində partiya üzvlərinin üzərinə düşən vəzifələrdən danışaraq, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və əldə olunan nailiyyətlərin ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyətin vacibliyini diqqətə çatdırıb.

YAP fəalları Elvin Məhərrəmov və Mənzurə Hüseynli də çıxışlarında VIII Qurultaydan irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, partiya sıralarında həmrəyliyin gücləndirilməsi, gənclərin ictimai-siyasi fəallığının artırılması və əhali ilə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə toxunublar. Onlar partiya üzvlərinin üzərinə düşən məsuliyyətin düzgün dərk edilməsinin, dövlət siyasətinin mahiyyətinin izah olunmasının və qarşıya qoyulan məqsədlər naminə birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

İclasda Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələr, ölkənin sosial-iqtisadi inkişaf prioritetləri, dövlətçilik prinsiplərinin təbliği və Göyşaban kənd ərazi partiya təşkilatının qarşısında duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində partiya üzvlərinin fəal iştirakının zəruriliyi vurğulanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər