PDF Oxu

Siyasət

  • 612

AP Xocalı rayon təşkilatında müşavirə keçirilib

AP Xocalı rayon təşkilatında müşavirə keçirilib

23 oktyabr 2026-cı il tarixində saat 11:00-da Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən müşavirədə YAP Xocalı rayon təşkilatının İdarəetmə sahəsi üzrə ərazi partiya təşkilatının 30 nəfər partiya fəalı iştirak edib.
Müşavirə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev məruzə ilə çıxış edib. O, çıxışında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqin əhəmiyyətini vurğulayaraq qarşıda duran əsas vəzifələr, partiyanın fəaliyyət istiqamətləri və partiya üzvlərinin üzərinə düşən məsuliyyət barədə ətraflı danışıb. Həmçinin qeyd edib ki, qurultayda müəyyənləşdirilən hədəflərin uğurla həyata keçirilməsi üçün hər bir partiya üzvü öz fəaliyyətində fəallıq, təşəbbüskarlıq və yüksək məsuliyyət nümayiş etdirməlidir.
Məruzə ətrafında İdarəetmə sahəsi üzrə ərazi partiya təşkilatının sədri Anar Əliyev və partiya üzvü Səxavət Hüseynov çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda partiyanın fəaliyyətinin daha da gücləndirilməsi, qarşıya qoyulan vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi, eləcə də partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılmasının vacibliyi vurğulanıb.
Müşavirə zamanı iştirakçılar tərəfindən müxtəlif təkliflər səsləndirilib, müzakirələr aparılıb və qarşıda duran vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi edilib. Bildirilib ki, partiya üzvləri bundan sonra da dövlətçilik prinsiplərinin təbliği, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursun dəstəklənməsi və partiyanın qarşısında duran vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini davam etdirməlidirlər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və müşavirə öz işini başa çatdırıb.

Digər xəbərlər