PDF Oxu

Siyasət

  • 1 004

YAP Kəngərli rayon təşkilatında qurultaydan irəli gələn vəzifələr və yeni fəaliyyət prioritetləri diqqət mərkəzində olub

YAP Kəngərli rayon təşkilatında qurultaydan irəli gələn vəzifələr və yeni fəaliyyət prioritetləri diqqət mərkəzində olub

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsi məqsədilə YAP Kəngərli rayon təşkilatının Mərkəzi Xəstəxana ərazi partiya təşkilatında tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin mövzusu VIII Qurultayda müəyyənləşdirilən strateji hədəflər, yeni fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələrin yerli təşkilat səviyyəsində həyata keçirilməsi olub.
YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının gücü möhkəm ideoloji dayaqlarına, zəngin siyasi təcrübəsinə və xalqla sıx bağlılığına əsaslanır. O qeyd edib ki, YAP Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və dövlətçilik ideyaları əsasında formalaşaraq Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan aparıcı siyasi qüvvəyə çevrilib. Partiyanın qazandığı uğurlar xalqın etimadının, düzgün müəyyənləşdirilmiş siyasi strategiyanın və ardıcıl fəaliyyətin nəticəsidir.
Təşkilat sədri cənab Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinə toxunaraq vurğulayıb ki, burada səsləndirilən fikirlər partiyanın gələcək fəaliyyət istiqamətlərini və yeni dövrün qarşıya qoyduğu vəzifələri aydın şəkildə müəyyənləşdirir. O bildirib ki, yerli təşkilatlar qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsində fəallıq göstərməli, təşəbbüskarlığı artırmalı və ictimai etimadın möhkəmləndirilməsinə töhfə verməlidirlər. Sevda Quluyeva çıxışında Prezident İlham Əliyevin “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir” fikrini xatırladaraq, bunun partiyanın ölkənin siyasi həyatındakı mövqeyinin və xalqın etimadının ifadəsi olduğunu qeyd edib.
Vurğulanıb ki, hər bir partiya üzvü öz fəaliyyəti ilə partiyanın ideyalarına və prinsiplərinə sadiqliyini nümayiş etdirməlidir. Əldə olunan nailiyyətləri yeni uğurlar üçün əsas götürərək qarşıya qoyulan hədəflərə birlik və məsuliyyətlə nail olmaq vacibdir.
Digər çıxışlarda partiya üzvlərinin ictimai fəallığının artırılması, vətəndaşlarla əlaqələrin gücləndirilməsi və səhiyyə sahəsində keyfiyyətli xidmətin əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin kollektiv məsuliyyətin və peşə fəaliyyətində təşəbbüskarlığın vacibliyi vurğulanıb.
Tədbirdə qurultaydan irəli gələn vəzifələrin yerli təşkilatın fəaliyyətində tətbiqi və gələcək fəaliyyət prioritetləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşıya qoyulan hədəflərin ardıcıl həyata keçirilməsinin, partiya üzvlərinin fəallığının artırılmasının və ictimai etimadın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.

Digər xəbərlər