PDF Oxu

Siyasət

  • 614

YAP Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər davam etdirilir

YAP Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər davam etdirilir

YAP Salyan rayon təşkilatının ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbirlər davam etdirilir. Növbəti belə tədbir Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs ərazi partiya təşkilatında keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib..
Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında əhəmiyyətini qeyd edib. O, Prezident İlham Əliyevin qurultaydakı nitqində Azərbaycanın qarşıdakı inkişaf hədəflərinin və dövlət siyasətinin əsas istiqamətlərinin əks olunduğunu bildirib. Sədr vurğulayıb ki, ölkəmizin əldə etdiyi nailiyyətlərin qorunması və yeni uğurların qazanılması hər bir vətəndaşdan məsuliyyətli mövqe və fəal iştirak tələb edir. Bu baxımdan, səhiyyə işçilərinin üzərinə düşən vəzifələr yalnız əhaliyə keyfiyyətli tibbi xidmət göstərməklə məhdudlaşmır, onların cəmiyyətin sağlamlığının qorunması və ictimai rifahın yüksəldilməsi istiqamətində fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır.
Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor vəzifəsini icra edən Təranə Axundova çıxışında YAP-ın VIII Qurultayında səsləndirilən fikirlərin ölkənin gələcək inkişafı baxımından əhəmiyyətindən danışıb. O, səhiyyə sisteminin inkişafının dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edərək tibb işçilərinin peşə məsuliyyəti, vətəndaşlara diqqətli münasibəti və gündəlik fəaliyyətlərində göstərdikləri fədakarlığın əhalinin sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirib.
Tədbirdə xəstəxananın həkimləri Rəşid Rüstəmov və Nərgiz Fərzəliyeva da çıxış edərək Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, qurultayda səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr hər bir sahədə olduğu kimi, səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində də mühüm istiqamətverici rol oynayır. Natiqlər tibb işçilərinin öz peşə fəaliyyətlərinə məsuliyyətlə yanaşmasının, dövlətin səhiyyə siyasətinin həyata keçirilməsinə töhfə verməsinin və qarşıya qoyulan vəzifələrin icrasında fəallıq göstərməsinin vacibliyini diqqətə çatdırıblar.

Digər xəbərlər