Kollecimizdə baş tutan növbəti tədbir narkomaniyaya qarşı mübarizə ilə bağlı idi. Belə ki, dövlət proqramlarına uyğun olaraq “Antinarkotik təbliğat” adlandırılan tədbirdə kollecin kitabxana müdiri Nigar Əliağazadə çıxış etdi. O, narkomaniyanın cəmiyyətə, xüsusilə gənclərin sağlamlığına və gələcəyinə vurduğu zərərlərdən söhbət açdı, narkotik vasitələrin istifadəsinin qarşısının alınması, gənclər arasında sağlam həyat tərzinin təbliği və antinarkotik maarifləndirmənin gücləndirilməsinin vacibliyindən, gənclərin narkomaniyanın fəsadları barədə məlumatlandırılmasının və onların zərərli vərdişlərdən qorunmasının əhəmiyyətindən danışdı.
Xüsusi olaraq çıxışda o da vurğulandı ki, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işlərinin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və gənclərin zərərli vərdişlərdən qorunması sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayır.
Elnarə Heydərova,
Astara Pedaqoji Kollecinin tələbəsi