PDF Oxu

Siyasət

  • 788

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Lənkəran rayon Mərkəzi Xəstəxanasının ərazi partiya təşkilatında müzakirə olunub

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Lənkəran rayon Mərkəzi Xəstəxanasının ərazi partiya təşkilatında müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir Lənkəran rayon Mərkəzi Xəstəxanasının ərazi partiya təşkilatında təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən, YAP-ın VIII Qurultayının iştirakçısı, Lənkəran rayon Mərkəzi Xəstəxanasının direktoru Oqtay Əmənullayev Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərin ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və partiyanın qarşısında duran vəzifələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, səhiyyə sahəsində əldə olunan nailiyyətlərin qorunması, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və partiya üzvlərinin ictimai fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin partiyanın gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirdiyini qeyd edib. O bildirib ki, qurultayda qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi yerli partiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsini, partiya üzvlərinin fəallığının artırılmasını və əhali ilə əlaqələrin daha da möhkəmləndirilməsini tələb edir. İqbal Əmənullayev vurğulayıb ki, hər bir partiya üzvü dövlətçilik prinsiplərinin qorunması, milli maraqların müdafiəsi və dövlət siyasətinin əsas istiqamətlərinin təbliği işində fəal iştirak etməlidir.
Tədbirdə çıxış edən ərazi partiya təşkilatının sədr müavini Aidə Rzayeva, YAP fəalları Şakir Qasımov, Vəfa Məmmədova və Ağabala Kəlbiyev VIII Qurultayda müəyyənləşdirilən vəzifələrin əhəmiyyətindən danışıb, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının, dövlətçilik ideyalarının təbliğinin və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini diqqətə çatdırıblar. Çıxışlarda səhiyyə sahəsində həyata keçirilən islahatların əhəmiyyəti, əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlər, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və partiya fəallarının üzərinə düşən vəzifələr barədə fikirlər səsləndirilib.
Tədbir çərçivəsində YAP-ın VIII Qurultayına həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda qurultayın əsas məqamları, Prezident İlham Əliyevin çıxışından irəli gələn başlıca istiqamətlər və partiyanın qarşısında duran vəzifələr iştirakçıların diqqətinə çatdırılıb.
Görüşdə dövlətçilik prinsiplərinin qorunması, milli-mənəvi dəyərlərin təbliği, səhiyyə sahəsində əldə olunan nailiyyətlərin davamlılığının təmin edilməsi, yerli partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və qurultayda müəyyənləşdirilən vəzifələrin ardıcıl icrası ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qeyd olunub ki, YAP-ın VIII Qurultayında qarşıya qoyulan məqsədlərə nail olmaq üçün partiya üzvlərinin birgə fəaliyyəti, təşəbbüskarlığı və ictimai fəallığı mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın davamlı inkişafına, milli maraqların qorunmasına və dövlətçilik ideyalarının daha geniş təbliğinə xidmət edən işlərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əminlik ifadə olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər