PDF Oxu

Siyasət

  • 510

Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub - ŞƏRH

Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub - ŞƏRH

27 oktyabr 2026-cı il tarixində Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin iştirak etdiyi tədbirdə dövlət başçısı çıxış edərək Forumun beynəlxalq əhəmiyyətindən, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafındakı rolundan və ölkəmizin müstəqillik dövründə qazandığı nailiyyətlərdən bəhs edib.

Prezident cənab İlham Əliyev bildirib ki, 100-dən çox ölkədən 500-dən artıq qonağın və 2000-dən çox qeydiyyatdan keçmiş iştirakçının qatıldığı Forum son 15 il ərzində mədəniyyətlərarası münasibətlərin inkişafı və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından mühüm beynəlxalq platformaya çevrilib. Dövlət başçısı Azərbaycanın tarixən Şərqlə Qərb arasında körpü rolunu oynadığını, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan kimi tanındığını vurğulayıb. Qeyd edib ki, multikulturalizm, dini dözümlülük və etnik müxtəlifliyə hörmət xalqımızın əsrlər boyu qoruyub saxladığı mənəvi dəyərlərdəndir.

Ölkəmizdə müxtəlif xalqların və dini icmaların nümayəndələrinin qarşılıqlı hörmət və etimad şəraitində yaşaması cəmiyyətimizin əsas üstünlüklərindən biri kimi diqqətə çatdırılıb. Prezident milli birliyin Azərbaycanın davamlı inkişafında mühüm rol oynadığını bildirərək azərbaycançılıq ideyasının bütün xalqları və etnik qrupları vahid amal ətrafında birləşdirdiyini vurğulayıb. Bu həmrəyliyin ölkəmizin ən çətin sınaqlarla üzləşdiyi dövrlərdə də özünü göstərdiyi qeyd olunub. Ermənistanın hərbi təcavüzü və İkinci Qarabağ müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələrinin Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə bir yumruq kimi birləşməsi xalqımızın sarsılmaz iradəsinin və milli həmrəyliyinin təzahürü kimi dəyərləndirilib.

Dövlətimizin başçısı çıxışında xalqımızın tarixi köklərinə, milli kimliyinə və mənəvi dəyərlərinə daim sadiq qaldığını xüsusi vurğulayıb. Bildirilib ki, Azərbaycan müxtəlif tarixi mərhələlərdə dövlət müstəqilliyindən məhrum olsa da, xalqımız öz dilini, adət-ənənələrini, mədəni irsini və həyat tərzini qorumağı bacarıb. Müstəqilliyin bərpasının 35-ci ildönümünün qeyd olunduğu bir dövrdə ölkəmizin əldə etdiyi uğurların məhz müstəqillik illərində həyata keçirilən məqsədyönlü siyasətin və xalqımızın zəhmətinin nəticəsi olduğu diqqətə çatdırılıb.

Prezident İlham Əliyev qeyd edib ki, müstəqillik dövründə Azərbaycanın milli-mənəvi dəyərləri yalnız qorunub saxlanılmayıb, eyni zamanda daha da möhkəmləndirilib. Cəmiyyətimizdə formalaşan birlik və həmrəylik ölkəmizin daxili sabitliyinin və inkişafının əsas dayaqlarındandır. Bununla yanaşı, dövlət başçısı mövcud təhlükələrə qarşı daim diqqətli olmağın vacibliyini vurğulayıb. O bildirib ki, ideoloji təhdidlər də fiziki təhlükələr qədər ciddi nəticələrə səbəb ola bilər. Buna görə də milli maraqların qorunması, cəmiyyətin birliyinin möhkəmləndirilməsi və mümkün risklərin vaxtında qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Çıxışda Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər ərzində həll olunmamasına, danışıqlar prosesinin nəticəsiz qalmasına və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz haqqını müdafiə etmək məcburiyyətində olmasına da toxunulub. Bildirilib ki, onilliklər ərzində davam edən işğal və nəticəsiz diplomatik proseslər Azərbaycan xalqının mübarizə əzmini zəiflədə bilməyib[09:43, 2026-10-29] VUQAR: Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququna əsaslanaraq, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrinin icrasını özü təmin edib. Bununla ölkəmiz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, tarixi ədalətin və milli ləyaqətin təmin olunmasına nail olub.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələnib. Dövlət başçısı Azərbaycanın hərbi qələbədən sonra sülh təşəbbüsləri ilə çıxış etməsini ölkəmizin gələcəyə yönəlmiş siyasətinin mühüm göstəricisi kimi təqdim edib. Qeyd olunub ki, Azərbaycan münaqişənin davam etdirilməsində deyil, regionda uzunmüddətli sülhün və əməkdaşlığın təmin edilməsində maraqlıdır. Ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində irəli sürdüyü təkliflər də bu mövqenin ifadəsidir.

Ümumilikdə, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın müstəqil dövlət kimi keçdiyi inkişaf yolunu, milli birliyini, iqtisadi gücünü və beynəlxalq nüfuzunu əks etdirib. Dövlət başçısının fikirləri bir daha göstərib ki, ölkəmizin qazandığı uğurlar xalqımızın zəhmətinə, milli həmrəyliyinə, dövlət müstəqilliyinə və milli maraqlara əsaslanan ardıcıl siyasətə söykənir. Azərbaycan bundan sonra da multikulturalizm dəyərlərinin qorunmasına, mədəniyyətlərarası dialoqun genişləndirilməsinə, beynəlxalq hüququn prinsiplərinin müdafiəsinə və regionda davamlı sülhün təmin olunmasına töhfə vermək əzmindədir.

Vüqar İsmayılov

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər