PDF Oxu

Siyasət

  • 890

YAP Tərtər rayon təşkilatı ərazi partiya təşkilatlarının üzvləri ilə görüşlər keçirib - FOTO

YAP Tərtər rayon təşkilatı ərazi partiya təşkilatlarının üzvləri ilə görüşlər keçirib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı “Heydər Əliyev prospekti-41”, Elektromexanika Zavodu və “Prime Cotton” ərazi partiya təşkilatlarının üzvləri ilə görüşlər keçirib.

Görüşlər Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin icrasına həsr olunub.

Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Görüşlərdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və sədr müavini Azər Ağayev Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışının əsas məqamlarına toxunaraq, qurultayda müəyyənləşdirilən strateji hədəflərin ölkənin gələcək inkişafı və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Eldar Əsədov çıxışında partiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi, üzvlər arasında təşkilati işin gücləndirilməsi və əhali ilə əlaqələrin genişləndirilməsi məsələlərinə diqqət çəkib. O, milli maraqların qorunmasının, ideoloji işin müasir tələblərə uyğun qurulmasının və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin vacibliyini vurğulayıb.

Azər Ağayev isə çıxışında ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələrdən danışaraq, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının, dövlətçilik prinsiplərinin təbliğinin və sosial şəbəkələrdə məqsədyönlü maarifləndirmə işinin əhəmiyyətini qeyd edib. O, qurultaydan irəli gələn vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini bildirib.

Görüşlərdə çıxış edən ərazi partiya təşkilatlarının üzvləri ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlardan, regionların inkişafından və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsindən danışıblar. Onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurların qorunmasının, partiyanın qarşıya qoyduğu vəzifələrin icrasında fəallığın artırılmasının və ictimai-siyasi proseslərdə yaxından iştirakın əhəmiyyətini qeyd ediblər.

Çıxışlarda, həmçinin informasiya təhlükəsizliyinin təmin olunması, sosial şəbəkələrdə milli maraqların müdafiəsi, tarixi yaddaşın qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi məsələlərinə toxunulub. Bildirilib ki, bu istiqamətlərdə məqsədyönlü fəaliyyətin həyata keçirilməsi dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə və milli həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Sonda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflərin həyata keçirilməsi, partiyanın ideoloji fəaliyyətinin təkmilləşdirilməsi və ərazi partiya təşkilatlarının işinin daha da gücləndirilməsi məsələləri müzakirə olunub. Partiya üzvlərinin qarşıya qoyulan vəzifələrin icrasında fəallıq nümayiş etdirəcəkləri və bu istiqamətdə səylərini davam etdirəcəkləri bildirilib.

Digər xəbərlər