PDF Oxu

Siyasət

  • 862

YAP-ın VIII Qurultayından sonra qarşıya qoyulan vəzifələrin müzakirəsi və icrası istiqamətində yerlərdə keçirilən görüşlər davam etdirilir - FOTO

YAP-ın VIII Qurultayından sonra qarşıya qoyulan vəzifələrin müzakirəsi və icrası istiqamətində yerlərdə keçirilən görüşlər davam etdirilir - FOTO

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yekunlarının və qarşıdakı dövr üçün müəyyən edilmiş strateji hədəflərin müzakirəsi məqsədilə YAP Şəmkir rayon təşkilatının Kür qəsəbə, Qədimqala, Əliyaqublu, İsgəndərli kəndləri və Şəmkir SES ərazi partiya təşkilatlarında görüşlər keçirilib.
Görüşlərdə ərazi partiya təşkilatlarını təmsil edən partiya fəalları iştirak ediblər.
Görüşlərin əvvəlində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşlərdə YAP Şəmkir rayon təşkilatının əməkdaşları Şövqi Həsənov, Azər Qəhrəmanov, Turanə Rüstəmova çıxış edərək partiyanın sədri, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər və qarşıya qoyduğu strateji məqsədlər barədə məlumat veriblər. Dövlət başçısının çıxışında diqqətə çatdırılan əsas məqamlardan danışaraq partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə təşkil edilməsinin vacibliyini qeyd ediblər.
Bildirilib ki, ideoloji işin köhnəlmiş metodlardan kənar, müasir çağırışlar nəzərə alınmaqla qurulması yerli partiya təşkilatlarının üzərinə mühüm vəzifələr qoyur. Azərbaycanın Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi şəraitdə milli həmrəyliyin gücləndirilməsinin, sağlam ideoloji mühitin yaradılmasının və dövlətçilik prinsiplərinin təbliğinin əsas istiqamətlərdən olduğunu vurğulayıblar.
Görüşlərdə çıxış edən ərazi partiya təşkilat sədrləri və partiya fəalları qurultayın nəticələri ilə bağlı düşüncələrini bölüşüblər. Onlar Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunu dəstəklədiklərini bildirərək, YAP-ın müasir ideoloji xəttinin rayonda həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin təbliği istiqamətində fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini qeyd ediblər.

Digər xəbərlər