30 oktyabr 2026-cı il tarixdə YAP Kürdəmir rayon təşkilatının “Bakı prospekti 6” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və partiya üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan “AVETA MMC”-nin direktoru Aslan Həsənov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışaraq bildirib ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutmuşdur. Ali Baş Komandanımızın rəhbərliyi və Müzəffər Ordumuzun qalibiyyəti nəticəsində üçrəngli müqəddəs bayrağımız suverenliyimizin rəmzi kimi Qarabağ da daxil olmaqla bütöv Azərbaycanda vüqarla dalğalanır.
Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıb və ölkəmizin qazandığı uğurlardan danışıblar. Yığıncaqda ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib.
Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Elxan Qafarov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi və geosiyasi həyatında əhəmiyyətini qeyd edib. Bildirib ki , Ümummilli Lider Heydər Əliyevin ideyaları və uzaqgörən siyasəti nəticəsində əsası qoyulan YAP bu gün ölkəmizin aparıcı siyasi qüvvəsi kimi dövlətimizin güclənməsinə mühüm töhfələr verməkdədir.
Çıxışlardan sonra səsvermə nəticəsində ərazi partiya təşkilatının sədri, Aslan Həsənov, sədr müavini isə Xələf Xələfov seçilib. Ərazi partiya təşkilatının yeni seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini bəyan ediblər.
Elxan Qafarov yeni seçilmiş sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.