PDF Oxu

Siyasət

  • 826

Zəfərin mənəvi və sosial təntənəsi: şəhid ailələri və qazilərimizə dövlət qayğısının genişmiqyaslı modeli - ŞƏRH

Zəfərin mənəvi və sosial təntənəsi: şəhid ailələri və qazilərimizə dövlət qayğısının genişmiqyaslı modeli - ŞƏRH

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində qazandığı tarixi Zəfərlər ölkəmizin regiondakı mövqelərini tamamilə möhkəmləndirdi. Bu şanlı qələbələr nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunarkən, postmüharibə dövrünün ən mühüm və təxirəsalınmaz dövlət prioritetlərindən biri kimi şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsinin gücləndirilməsi müəyyən olundu. Dövlət başçısının birbaşa tapşırıqları və xüsusi fərmanları əsasında həyata keçirilən genişmiqyaslı sosial dəstək paketi müasir Azərbaycan dövlətinin humanist mahiyyətini və öz qəhrəman övladlarına olan sarsılmaz sədaqətini bir daha bütün dünyaya nümayiş etdirdi.
Zəfərdən keçən dövr ərzində icra olunan sosial dəstək proqramları öz əhatə dairəsi, dinamikası və operativliyi ilə unikal bir model formalaşdırmışdır. Bu humanist siyasətin ən mühüm istiqamətlərindən biri şəhid ailələrinin və müharibə əlillərinin mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Dövlət hesabına minlərlə müasir, tam təmirli mənzil və fərdi ev bu həssas kateqoriyadan olan vətəndaşlara təqdim edilmiş, minik avtomobillərinin paylanması prosesi ardıcıl olaraq davam etdirilmişdir. Bununla yanaşı, şəhid ailəsi üyvlərinin, müharibə əlillərinin və veteranların prezident təqaüdləri, müavinətləri və pensiyaları mütəmadi olaraq artırılmış, onların maddi rifahının yüksəldilməsi üçün müstəsna iqtisadi mexanizmlər işə salınmışdır. Dövlət başçısının təşəbbüsü ilə yaradılmış "YAŞAT" Fondu isə qısa müddətdə şəhid ailələrinin və yaralılarımızın məişət, sağlamlıq və təhsil ehtiyaclarının operativ həllində mühüm sosial instituta çevrilmişdir.
Sosial dəstək paketinin digər mühüm tərkib hissəsi qazilərimizin sağlamlığının bərpası, tibbi-psixoloji reabilitasiyası və onların cəmiyyətə aktiv inteqrasiyasıdır. Ölkəmizdə ən müasir tibbi texnologiyalarla təchiz olunmuş Reabilitasiya Mərkəzləri istifadəyə verilmiş, döyüşlərdə ağır yaralanan hərbçilərimiz ən son nəsil yüksək texnologiyalı protezlərlə təmin olunaraq yenidən aktiv həyata qaytarılmışlar. Eyni zamanda, şəhid ailələrinin və müharibə iştirakçılarının məşğulluq məsələləri diqqət mərkəzində saxlanılır. "Özünəməşğulluq" proqramları, dövlət qurumlarında və özəl sektorda keçirilən xüsusi məşğulluq marafonları çərçivəsində minlərlə vətəndaşımız işlə təmin olunmuş, öz kiçik təsərrüfatlarını və bizneslərini quraraq dayanıqlı gəlir mənbələrinə yiyələnmişlər.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun bu prosesdəki humanist missiyası dövlət-xalq birliyinin ən ali nümunələrindən biridir. Fondun xətti ilə şəhid övladlarının təhsilinə gösterilən dəstək, ağır yaralıların xaricdə müalicəsinin təşkili və ailələrin fərdi müraciətlərinin diqqətlə araşdırılması bu sosial proqramların mənəvi sütununu təşkil edir. Hər bir şəhid ailəsi və qazi biləndə ki, dövlətimiz hər an onların yanındadır, bu, təkcə sosial təminat deyil, həm də böyük mənəvi arxadır. Həyata keçirilən bu genişmiqyaslı və hərtərəfli sosial dəstək paketi sübut edir ki, Zəfərimizin memarları olan qəhrəmanlarımız və onların əmanətləri hər zaman Azərbaycan dövlətinin və xalqının ən uca baş tacıdır.

Səma Ağalarova
YAP Odubad rayon təşkilatının fəalı

Digər xəbərlər