PDF Oxu

Siyasət

  • 598

Tələbələrin hüquqi biliklərinin artırılmasına dəstək - ŞƏRH

Tələbələrin hüquqi biliklərinin artırılmasına dəstək - ŞƏRH

Kollecimizdə keçirilən növbəti maarifləndirici tədbir tələbələrin hüquqi biliklərinin artırılması, vergi mədəniyyətinin formalaşdırılması və vergi sirrinin qorunmasının əhəmiyyətinin izah edilməsi məqsədini daşıyırdı.

“Tədqiqat məqsədləri üçün kommersiya və vergi sirlərinin qorunması” adlı tədbirdə əvvəlcə adəti üzrə görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu, Ulu Öndər Heydər Əliyevin, Vətənini canından əziz bilib onun yolunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın əziz xatirəsi ehtiramla yad edildi.

Ardınca "Maliyyə və mühasibat" FBK-nın müəllimi Aydan Əsgərova çıxış edib vergi sirri anlayışı, vergi ödəyicilərinə aid məlumatların məxfiliyinin qorunması, həmin məlumatların qanunvericiliyə uyğun istifadəsi və şəxsi məlumatların təhlükəsizliyinin təmin edilməsi məsələləri barədə tələbələrə ətraflı məlumat verdi .

Həmçinin tələbələrə vergi münasibətlərində qanunçuluğun, məxfiliyin və məsuliyyətin əhəmiyyəti izah olundu, mövzu ətrafında fikir mübadiləsi aparıldı.

Xədicə İsmayılzadə,

Astara Pedaqoji Kollecinin tələbəsi

Digər xəbərlər