PDF Oxu

Siyasət

  • 512

Ağdam – Zəfərdən dirçəlişə uzanan böyük qayıdış yolu - ŞƏRH

Ağdam – Zəfərdən dirçəlişə uzanan böyük qayıdış yolu - ŞƏRH

Azərbaycan xalqı bütün bu illər ərzində Ağdamın azad olunacağına, doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıdacağına inamını itirmədi. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ordu quruculuğu, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və milli birliyin gücləndirilməsi nəticəsində Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etmək üçün güclü potensial formalaşdırdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın iradəsinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin qətiyyətinin təntənəsinə çevrildi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Bu hadisə Azərbaycanın hərb tarixində və dövlətçilik salnaməsində mühüm yer tutan tarixi nailiyyətlərdən biri oldu.
Ağdamın azad olunması təkcə ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də milli ədalətin və tarixi həqiqətin təntənəsi kimi böyük əhəmiyyət daşıyırdı. Uzun illər doğma şəhərinin həsrəti ilə yaşayan ağdamlılar üçün bu gün qayıdış ümidlərinin gerçəyə çevrilməsinin başlanğıcı oldu. Prezident İlham Əliyevin Ağdamın azad olunması ilə bağlı xalqa müraciəti isə xalqımızın yaddaşında tarixi hadisə kimi qaldı.
Ağdamın bərpası prosesinin ən mühüm məqsədlərindən biri uzun illər məcburi köçkün həyatı yaşamış insanların doğma yurdlarına qayıdışını təmin etməkdir. Çünki şəhərin əsl dirçəlişi yalnız yeni binaların tikilməsi ilə deyil, küçələrində yenidən insanların yaşaması, uşaqların məktəbə getməsi, ailələrin öz evlərində məskunlaşması və gündəlik həyatın bərpası ilə mümkündür.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı bu tarixi missiyanın reallaşmasına xidmət edir. Ağdamda yeni yaşayış məhəllələri və kəndlər salınır, sosial obyektlər, məktəblər, uşaq bağçaları və digər zəruri müəssisələr istifadəyə hazırlanır.
2025-ci il martın 27-dən etibarən keçmiş məcburi köçkünlərin Ağdam şəhərinə qayıdışı başlanıb. Bu hadisə uzun illər doğma yurdunun həsrəti ilə yaşayan insanların arzularının gerçəkləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ağdamın Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində aparılan bərpa-quruculuq işləri də kənd həyatının yenidən canlandırılmasına, əhalinin doğma torpaqlarında məskunlaşmasına şərait yaradır.
Böyük Qayıdış proqramı təkcə insanların fiziki olaraq öz evlərinə dönməsi demək deyil. Bu, həm də sosial münasibətlərin bərpası, ənənələrin yaşadılması, yeni iş yerlərinin açılması, təhsil və səhiyyə xidmətlərinin əlçatan olması, gələcək nəsillərin doğma torpaqlarda böyüməsi deməkdir. Ağdamda qurulan yeni həyat bu baxımdan Azərbaycanın müharibədən sonrakı inkişaf modelinin mühüm nümunəsidir.

Elnur Məmmədov,

YAP Lerik rayon təşkilatının sədr müavini

Digər xəbərlər