PDF Oxu

Siyasət

  • 340

Strateji tərəfdaşlıq və humanitar əməkdaşlıq - ŞƏRH

Strateji tərəfdaşlıq və humanitar əməkdaşlıq - ŞƏRH

Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində vurğulanan Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında siyasi əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənəd Azərbaycan və Vyetnamın qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığını keyfiyyətcə yeni mərhələyə yüksəldir, iqtisadiyyat, ticarət, investisiya, enerji və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar yaradır. Eyni zamanda, strateji tərəfdaşlıq münasibətlərin uzunmüddətli inkişaf perspektivlərini müəyyənləşdirərək hər iki dövlətin beynəlxalq müstəvidə qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə xidmət edir.

Azərbaycan ilə Vyetnam arasında əlaqələrin inkişafında humanitar əməkdaşlıq xüsusi yer tutur. Təhsil, elm, mədəniyyət və digər humanitar sahələrdə qarşılıqlı təcrübə mübadiləsi xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər dövlətlərarası münasibətlərin yalnız siyasi və iqtisadi müstəvidə deyil, həm də ictimai və mədəni səviyyədə inkişafına şərait yaradır. Humanitar əlaqələrin genişləndirilməsi xalqların bir-birinin tarixi, milli-mədəni dəyərləri və ənənələri ilə daha yaxından tanış olmasına imkan verir. Bu baxımdan humanitar əməkdaşlıq Azərbaycan–Vyetnam münasibətlərinin davamlılığını təmin edən və xalqlarımızı birləşdirən mühüm dostluq körpüsüdür.

Azərbaycan və Vyetnam xalqları arasında mədəni əlaqələrin uzunmüddətli tarixi mövcuddur. Onilliklər ərzində formalaşmış bu münasibətlər qarşılıqlı hörmət, milli-mənəvi dəyərlərə ehtiram və mədəni müxtəlifliyin qəbul edilməsi prinsiplərinə əsaslanır. Mədəni dialoq xalqların bir-birinin tarixi irsini, adət-ənənələrini və mənəvi dəyərlərini daha yaxından tanımasına, qarşılıqlı etimadın güclənməsinə xidmət edir. Bu əlaqələrin qorunması və yeni məzmunla zənginləşdirilməsi müasir dövrdə Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Mədəni əməkdaşlığın genişləndirilməsi həm də iki ölkə arasında humanitar əlaqələrin davamlılığını təmin edən, gələcək nəsillər arasında qarşılıqlı anlaşmanı gücləndirən mühüm vasitədir.

Kənan Quliyev

YAP Laçın rayon təşkilatının əməkdaşı

Digər xəbərlər