Çex Respublikasının Prezidenti Miloş Zemandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yenidən Prezident seçilməsi münasibətilə təbrik məktubu göndərdi.
Təbrik məktubunda deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Ölkələrimiz arasında dostluq münasibətlərinin, həmçinin ticarət əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq duyuram. 2012-cil ildə ticarət dövriyyəmiz 1,38 milyard avroya çatmışdır. Əminəm ki, bu müsbət meyil gələcəkdə də davam edəcək və çex şirkətləri üçün Azərbaycanda biznes imkanları daha da artacaqdır.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, şəxsi həyatınızda və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
yap.org.az