"Havalar sərinləyib, yəqin ona görə müxalifət qərar verib ki, mitinq keçirsin. Ancaq hansı qüvvə ilə? Deyirlər ki, Milli Şuranın mitinqi olacaq. Milli Şurada kim var ki? Bir tək AXCP. Onun da heç bir sosial bazası, gücü, sivil mitinq təcrübəsi yoxdur. Bu, sadəcə aqressivlikdən doğan qərardır". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Elçin Mirzəbəyli bildirib.Milli Şuranın oktyabrın 12-də mitinq keçirməklə bağlı qərarına münasibət bildirən E.Mirzəbəyli qeyd edib ki, bu, müxalifətin növbəti don kixotluğudur: "Milli Şura deyilən bir qurum artıq qalmayıb, oradakı bütün partiyalar istefa verib. Bu qurumda bir neçə nəfər adam qalıb. Bir neçə nəfər adamlamı onlar mitinq keçirəcəklər? Onlar normal siyasi düşüncəyə malik olsa idilər, bilərdilər ki, bu gün Azərbaycan reallığında mitinq keçərli metod deyil. Hətta ən ağılsız və primitiv bir metoddur. Oktyabrın 12-də müxalifət növbəti dəfə rüsvay olacaq".
sia.az