Köşə
Başlığı oxuyan kimi, hər kəs Elzanın bu vaxta qədər hansı vəzifədə işlədiyini düşünməyə başladı. Siz yanılmırsınız, düşünməyə də dəyməz, heç bir vəzifədə işləməyib, işləmir və yəqin ki, bundan sonra da millətimiz belə bir rüsvayçı hadisənin şahidi olmayacaq. Deputatlığa namizəd seçki təbliğatına gedir... Şahmat taxtasını xatırladan ayaqqabıları, günəş şüalarından saralmış kələmi xatırladan üz makiyajı, hələ dilinin altında gizlənən "ah, uf, oh, ay, vay" nidalarının bu mənzərəyə nə qədər çərçivə çızdığını demirəm. Kim nə deyir desin, mən bu qadının üzündəki məzlumluğu hər qadının üzündə tapa bilmərəm. Kim nəyi qoyub, nəyi axtarır axı... Amma Elza şeirlərilə ədəbiyyatı necə zorlayırsa, poeziyaya necə kərkinirsə, bir az da şeir yazsa, bütün ədəbiyyatımız onun kimilərə hamilə qalacaq.
Elza deyir ki, türkəm, millətçiyəm, millət də ona səs verməlidir. Ay Elza xanım, mən nə qədər ingilisəmsə, sən də bir o qədər türksən, millətçisən. Bunu başa düşmək elə də çətin deyil axı. Seriala çəkilmək üçün kənddən bir qız Bakıya gəlir. Alınmır, seriala çəkilmək üçün icazə vermirlər. 18 yaşlı qız özünü dənizə atır, intihar edir və beləcə serial bitir... Ay Elza xanım, seriala çəkilmək üçün sperma qoxuyan binaların arasında gecə-gündüz sərgərdan oluruq, qan qoxuyan ittihamların arasında 50 manat tapan kimi sevincimizdən ulu babamıza da zəng edib özümüzü varlı, imkanlı göstərməyə çalışırıq. Elə bil hamı başını itirib, çox şeyimizi itirmişik. Necə deyərlər, avtomat çıxandan Koroğlu qılınıcını yerə də qoymayıb, sadəcə elə bir yerinə dürtüb ki, biabır olmasın. Ay Elza xanım, "Almaniyanın Xarici İşlər Nazirliyi" ifadəsini, yəni Almaniya XİN-i ( Almaniya Xİ Nazirliyi yazmışdıq), "Almaniyanın 11-ci nazirliyi" formasında oxuyan həmyerlimizlə bir otaqda işləyib cəhalətlə, nadanlıqla döyüşə-döyüşə gediriksə, uzaqdan-uzağa sənə də dözmək olar. Vedrənin dalını çevirib dumbuldadın və ardınca da Əli Mirəliyevə qulaq asın, dəhşətli dərəcədə oxşarlığın şahidi olacaqsınız. Buna da dözürük. Tələbələrin mağazaya girib "mənə Üzeyirin diskini verin" deyib, satıcının da səhvən tələbəyə Üzeyir Hacəbəyovun diskini verdiyi zəmanədə yaşayırıq. Necə deyərlər, artıq öyrənmişik. Məsələn, dünən bütün saytların manşetə xəbəri o qədər dəhşətli idi ki, xəbəri bu tonda yazanların da belə bir iş tutmayacağına adamda şübhə yaranır: "Bakıda oğul anasını zorladı". Buna da öyrənmişik. Sovet dövründə hansısa üzdəniraq bir hadisə olardısa, utandığından bütün kənd, el, oba, nəsil köçüb gedərdi. İndi öyrənmişik, bunu normal qarşılayırıq, qardaş bacısını, oğul anasını zorlaya bilər.
Hə, ay Elza xanım, qayıdaq sənə. Bu yollardan birini seç. Ya bəstəkarlığını elə, ya müğənniliklə pul qazan, ya şeir yaz, ya da deputat ol. Axı bir adam eyni anda hər şey ola bilməz. Məsələn, mən jurnalist olduğum qədər dindar ola bilmərəm, politoloq olduğum qədər də riyaziyyatçı. Di, salamat qal!
Samir