PDF Oxu

Siyasət

  • 48

“Hazırda Sarkisyan çox çətin vəziyyətdədir” AÇIQLAMA

“Hazırda Sarkisyan çox çətin vəziyyətdədir” AÇIQLAMA

"Bu gün Ermənistan prezidenti Serj Sarkisyan çox çətin vəziyyətdədir. Çünki o, nə Dağlıq Qarabağın müstəqilliyi, nə də Ermənistan xalqına Avropa İnteqrasiya edəcək bir dövlətin yaradılması ilə bağlı verdiyi vədləri yerinə yetirə bilmir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.Onun sözlərinə görə, Sarkisyan və onun komandası səhra komandirləri olaraq Dağlıq Qarabağda tökdüyü qanla, etdikləri cinayətlə gəlib hakimiyyəti ələ alıblar: "Bu gün Ermənistan hətta bir rayonun belə qaytarılmasına razı olsa, orada çox böyük siyasi proseslər baş verəcək. Hətta Sarkisyan istefaya da gedə bilər. Siz fikir verirsinizsə, Sarkisyan Dağlıq Qarabağ ərazisinə tez-tez səfəri zamanı əsas oradakı qoşun hissələrinin komandirləri ilə görüşür. Bütün bunlar düşmən ölkənin prezidentinin həddindən artıq ağır vəziyyətdə olduğunu bir daha nümayiş etdirir. Sarkisyan Dağlıq Qarabağ münaqişəsində əli qana batan çirkab içində olan bir dövlət başçısıdır. Bu gün bun artıq dünyada bilir və qəbul edir. Biz aprel döyüşlərində əldə etdiyimiz nailiyyətlə bir daha dünyaya bir daha sübut etdik ki, milli müqəddəratın həlli yalnız suverenlik və ərazi bütövlüyü çərçivəsində ola bilər. Aprel döyüşləri dünyada Azərbaycan haqqında fikirləri tamam dəyişdi və buna görə də qınanan tərəf biz olmadıq"."Bütün bunlara baxmayaraq Ermənistanın problemləri həll etməsi üçün 1 ay zamanı var. Belə ki, Sarkisyan bu müddət ərzində düzgün fikirləşərək, prezidentlərin növbəti görüşündə konkret mövqeyini ortaya qoymalıdır. Onun başqa çıxış yolu yoxdur"- deyə, politoloq əlavə edib.

sia.az

Digər xəbərlər