PDF Oxu

Siyasət

  • 331

Xaçmazlı gənclər 2 Fevral -Gənclər Gününü keçirdilər

Xaçmazlı gənclər 2 Fevral -Gənclər Gününü keçirdilər

YAP Xaçmaz rayon təşkilatı Gənclər və İdman İdarəsi ilə birgə bayram tədbiri keçirib

YAP Xaçmaz rayon təşkilatı Gənclər və İdman İdarəsi ilə birgə 2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirib. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin məsul işçisi, YAP Xaçmaz rayon təşkilatı Gənclər birliyinin sədr müavini Emin Ağayev açaraq gənclər günü ilə bağlı geniş məlumat verib. O, Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısından, son vaxtlar gənclərin müxtəlif sahələrdə daha çox irəli çəkilmələrindən, gənclərimizin dövlət hesabına xarıcdə təhsil almasından və digər məsələlərdən bəhs edib.

YAP Xaçmaz rayon təşkilatının gənclər birliyinin sədr müavini Esmira Babayeva isə öz çıxışında gənclərin siyasi fəallığından, sosial şəbəkələrdəki fəaliyyətindən, rayon gənclərinin rayonun icyimai-siyasi həyatındakı uğurlu fəaliyətindən və digər məsələlərdən bəhs edib.

YAP Xaçmaz rayon təşkilatının 8 mininci üzvü Mətanət Şıxəliyevaya, ABŞ-da təhsil alan tələbə Elgün Məmmədov, Heydər Əliyev Mərkəzinin məsul işçisi Rəvanə Mütəllimova və digərləri çıxış edərək, Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsində gənclərimizin fəallığından, siyasi dərslərin təşkilindən danışıb və bunun gənclər üçün əhəmiyyətli amil olduğunu vurğulayıb. Sonra fəal gənclər fəxri fərmanlarla təltif olunublar.

Qeyd edək ki, tədbirdə aprel döyüşləri şəhidlərinin ailə üzvləri iştirak edirlər.

Rəfiqə KAMALQIZI

Digər xəbərlər