“Ümumiyyətlə Nikol Paşinyan Ermənistanda hakimiyyətə necə gəlibsə, elə də gedəcək”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, bütün hallarda Paşinyan guya rəngli inqilab üstündə gəlib. Onun hakimiyyətdən getmə ehtimalı 2019-cu ildə baş tuta bilər. Bu proseslər yəqin ki, may ayından sonra baş verəcək. Amma hadisələrin gedişi göstərir ki, əvvəlki hakimiyyət elə-belə təslim olmaq istəmir. Çünki onların maliyyə imkanları böyükdür. Eyni zamanda onların cəmiyyətdə hələki müəyyən gücləri var. Ona görə də bu qarşıdurma bütün hallarda Paşinyanın xeyrinə deyil. Ümumiyyətlə Paşinyan siyasətçi deyil. Yəni o küçədən gəlmiş bir adamdır və yəqin ki, elə küçəyə də gedəcək. Hadisələrin gedişi Paşinyanı hakimiyyətdən tez yıxa bilər. Amma mən bunu may ayından tez gözləmirəm”.Qeyd edək ki, Ermənistanda sosial şəbəkələrdə yer alan xəbərlərdə Xankəndini yenidən etiraz dalğasının bürüdüyü bildirilir. Artıq bir neçə gündür şəhərin mərkəzi küçələrində müxtəlif təbəqələrdən olan əhalinin iştirakı ilə mitinqlər, etiraz aksiyaları və yürüşlər keçirilir.Rəsmi Yerevan müxtəlif bəhanələrlə xüsusi təyinatlı dəstələri Xankəndiyə göndərsə də, görülən tədbirlər Ermənistan ictimaiyyətindən gizlədilir. Xəbərlərdə qeyd edilir ki, görünür, Nikol Paşinyan Yerevanda nail olduğu məqsədinə burada da çatmaq və “Qarabağ klanı”nı hakimiyyətdən birdəfəlik uzaqlaşdırmaq fikrindədir.
sia.az