Siyasət

  • 4 108

Ermənilər humanist məsələlərə faşist kimi yanaşdıqlarını sübut etdilər - Mübariz Əhmədoğlu

image

"Ermənistan-Azərbaycan sərhədini keçmiş ruhi xəstə Elvin İbrahimov mədəsindən əməliyyat olundu. Yayılan məlumata görə, mədəsində yad cisim olub. Əslində bu özü Ermənistan tərəfinin davranışı barədə daha aydın təsəvvür yaradan məlumatdır". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.Politoloq bildirib ki, Elvin İbrahimov doğrudan da ruhi xəstədir: "Ermənilər E.İbrahimova qeyri-insani nəsə yedirdiblər, bəlkə də zəhər yedirdiblər, bəlkə də kerosin içirdiblər. Çünki kerosin içirtmək söhbəti ermənilərdə dəb mövzularından biridir. Manvel Saruxanyan Azərbaycanda olarkən Azərbaycan tərəfinin ona kerosin içirtdiyi barədə xeyli məlumatlar yayılmışdı. Saruxyanı hərtərəfli yoxladıqdan sonra bəlli oldu ki, bunda anadangəlmə dəri xəstəliyi var və o vəziyyətdə də Azərbaycana gəlib, o vəziyyətdə də qayıdıb. Ona görə mümkündür ki, ermənilər E.İbrahimovun üzərində eksperiment aparsınlar.İkincisi, mümkündür ki, ruhi xəstə olduğu üçün qaşıq, çəngəl və yaxud nəsə bir şey udsun. Hər halda istənilən mütəxəssis başa düşəcək ki, bu Azərbaycanın göndərdiyi təxribatçı deyil. Sərhədi keçən andan Elvin İbrahimovun üzərində Ermənistan tərəfi şou qurdu. Hərbi diversant Karen Kazaryanın atasını onunla görüşdürdülər, Elvin İbrahimova öz ata-anası ilə əlaqə saxlamağın yollarını “başa saldılar”. K.Kazaryanın atasını Ermənistanın Müdafiə naziri D.Tonoyan qəbul etdi. Ermənistanın XİN rəhbəri K.Kazaryanı qaytaracaqları ilə bağlı bəyanat verdi. Amma bütün bunların hamısından əvvəl Beynəlxalq Qırmızı Xaş Komitəsinin təmsilçiləri E.İbrahimova baş çəkmişdilər. N.Paşinyan azıb sərhədi keçənlərin dəyişdirilməsinə Ermənistanın razı olduğunu bildirdi. Əslində bu Azərbaycanın “hamının hamıya” dəyişmək prinsipini unutdurmaq və yaxud ona uyğun təşəbbüs irəli sürməkdən başqa bir şey deyil".M.Əhmədoğlu əlavə edib ki. N.Paşinyan Moskva görüşündən qabaq humanitar məsələlər barədə məlumat verdi: "Amma N.Paşinyanın verdiyi bəyanatdan bəlli oldu ki, onlar kiməsə, nəyəsə arxayındır və hansısa bir şəxsin qohumları ilə görüşməsinə razılıq verməməsi ucbatından Ermənistan tərəfi belə humanitar missiyanın reallaşmasına imkan verməyəcək. Görünür, Ermənistan bu təşəbbüsə razılıq verməzdən əvvəl artıq onu pozmağın variantını hazırlayıb".

sia.az

Digər xəbərlər