Siyasət

  • 2 798

"Bu qərar bizim hər birimizi sevindirir" ÖZƏL-MÜNASİBƏT

image

"Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi tarixi hadisədir. Çünki, qloballaşan dünyada Azərbaycan öz tarixini və mədəniyyətini təbliğ etməyə və yeri görünməyə başlayırsa bunu tarixi uğur hesab edirəm". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, Şəki Xan Sarayı Azərbaycan tarixinin bir hissəsi olmaqla qədimliyi və möhtəşəmliyi ilə Azərbaycan mədəniyyətinin hansı zirvədə qərarlaşdığının göstəricisidir: "O, tariximizi əks etdirmək baxımından çox qiymətli sənət abidəsidir. Bu qərar bizim hər birimizi sevindirir. Ölkəmizin tanınması üçün vacib olan bir addımdır. Əlbətdə ki, Şəkinin Dünya İrs Siyahısına daxil edilməsi dünyada bu regiona olan marağı bir daha artıracaq, turist axınını sürətləndirəcək və milli adət-ənənələrinin təbliğ olunması baxımından mühüm rol oynayacaqdır. Təbii ki, bütün bu uğurların təməlində hörmətli Mehriban xanım Əliyevanın böyük əməyi və düşünülmüş siyasəti dayanır".Xatırladaq ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Şəkinin Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı məsələyə baxılıb, vəziyyət qiymətləndirilib. Müzakirələrin sonunda irəli sürülən nominasiya qəbul edilib.

sia.az

Digər xəbərlər