Siyasət

  • 3 675

YAP Bərdə rayon təşkilatı “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib

image

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkilir.

Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatları Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu təşəbbüsünə qoşularaq dekabrın 6-da ölkə üzrə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib.
“Bir gündə 650 min ağac əkək” kampaniyasına Bərdə rayon sakinləri, xüsusilə də Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının fəalları böyük coşqu və ruh yüksəkliyi ilə qoşulublar. Bayram əhval-ruhiyyəsində təşkil olunan bu genişmiqyaslı kampaniya çərçivəsində qabaqcadan ağacların əkiləcəyi ərazilərdə şum aparılıb, çalalar qazılıb və əkinə hazırlanıb. Kampaniya çərçivəsində rayon ərazisində 8000 ədəd ağac əkilib.

yap.org.az

Digər xəbərlər