Siyasət

  • 3 269

YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında 23 dekabr tarixində ölkəmizdə keçiriləcək V çağırış Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən Binəqədi rayonu bələdiyyələri üzrə namizədliyi irəli sürülmüş qadınlarla qadın seçicilərin görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov ölkəmizdə yaradılan seçki mühitindən, vətəndaşlarımızın seçmək hüququndan, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlığından və namizədlər haqqında məlumat verib: «Rayon təşkilatı ötən seçkilərdə olduğu kimi, budəfəki Bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşaraq, namizədlərlə seçicilərin silsilə görüşlərini təşkil edir.»
Görüşdə YAP-ın Binəqədi qəsəbə Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, YAP Binəqədi rayon təşkilatı qadınlar şurasının sədri Aytac Əliyeva, Binəqədi Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi Kubra Əliyarlı, Biləcəri Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, Biləcəri Bələdiyyəsinin sədr müavini Samirə Həsənova, Xocasən Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, YAP Binəqədi rayon təşkilatının gənc fəalı Fidan Əhmədzadə, Rəsulzadə Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi Jalə Sadıqova və digərləri çıxış edərək, bildiriblər ki, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq, iştirak etmək qürurvericidir. Onlar Bələdiyyələrin qarşısında duran həlli vacib məsələlərə toxunaraq, gələcəkdə bələdiyyələrdə təmsil olunacaqları təqdirdə, həmin məsələlərin həlli istiqamətində səylə çalışacaqlarını və seçicilərin etimadını doğruldacaqlarını vurğulayıblar.
Görüşdə çıxış edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova namizədlərə öz tövsiyələrini verib. Qeyd edib ki, bu gün ölkəmizin sürətli inkişafı dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir: «Bələdiyyə qurumlarında təmsil olunan şəxslər də, bu siyasətə paralel olaraq, uğurla fəaliyyət göstərməli və göstərilən etimadı yüksək səviyyədə doğrultmalıdırlar. B.Muradovanın sözlərinə görə, namizədlərin seçicilərlə silsilə görüşlərinin keçirilməsi, olduqca mühüm əhəmiyyət daşıyır. Bu görüşlər yerlərdə də davam etdirilməli, əhalini maraqlandıran məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparılmalı və onların fikirləri dinlənilməlidir. Hər bir namizədin savadı, intellekti, dünyagörüşü və siyasi yetkinliyi ilə seçilir. B.Muradova qarşıdan gələn seçkilərdə namizədlərə uğurlar arzulayıb, onların parlaq qələbə qazanacaqlarına ümidvar olduğunu bildirib.
Görüşdə, həmçinin, seçicilər də çıxış edərək, Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər