Ağdamda seçicilər ilə növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Rayonun Xındırıstan kənd seçiciləri ilə növbəti görüş keçirilib.

Görüşlərdə çıxış edən YAP Ağdam rayon təşkilatı təbliğat-təşviqat qrupunun üzvüləri Hafiz Əzimzadə, Baxşeyiş Əliyev və təşkilatın məsul işçisi Tofiq Cəfərov qeyd ediblər ki, bələdiyyə seçkiləri ölkəmizin siyasi həyatında mühüm yer tutur: «İnanırıq ki, seçicilərimizin hər biri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.»
Tədbirdə digər çıxış edənlər rayonda bələdiyyə seçkilərinin ədalətli, şəffaf və müvafiq seçki qanunvericiliyinə uyğun həyata keçirilməsi məqsədilə təbliğat-təşviqat işlərinin uğurla yekunlaşacağını və bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinin qalib gələcəyinə əmin olduqlarını bildiriblər.
ZÜMRÜD