Siyasət

  • 5 280

"YAP "Daha güclü Azərbvaycan naminə!" şüarı ilə qalib olacaq"

image

"Əsl siyasət konkret, real iş görməkdən ibarətdir"- deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab Prezident İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Bu gəlişi gözəl söz deyil, real faktlara əsaslanan nəticələrdir. Çünki əsl siyasət konkret, real iş görməkdən ibarətdir. Bu gün müstəqil Azərbaycan inkişafının ən qüdrətli dövrünü yaşayır. Məhz bu inkişaf bütün dünyaya örnək olan Prezident İlham Əliyev siyasətinin uğurlu nəticəsidir ki, GÜCLÜ DÖVLƏT-GÜCLÜ XALQ birliyi nəticəsində getdikcə möhkəmlənir. Və hər bir vətəndaş da dövlət siyasətində xalq-iqtidar vəhdətinin uğurlu nəticəsinin şahidi olur.

Yeni Azərbaycan Partiyası dövlətin və xalqın maraqlarına cavab verən təşkilatdır
Ümumiyyətlə, seçkilər hər bir ölkənin həyatında mühüm siyasi hadisə olduğu qədər, həm də hər bir siyasi partiyanın dövlət və xalq qarşısında hesabatı və imtahanıdır. Tarixboyu dövlət və cəmiyyət həyatında müəyyən rol oynayan, demokratik, hüquqi, dünyəvi dövlətçiliyin əsas atributlarından sayılan siyasi partiyalar, adətən, obyektiv zərurətdən və milli tələbatdan yaranmışlar. Ona görə hər bir sivil cəmiyyətdə geniş əhali kütləsinin, ümumən cəmiyyət üzvlərinin ictimai-siyasi həyatda iştirakı məhz partiyalar vasitəsilə reallaşır. 28 ildir Azərbaycan siyasətinin avanqardı olan Yeni Azərbaycan Partiyasının respublikamızın hakim partiyası statusunu ləyaqətlə və uğurla daşımasını şərtləndirən əsas səbəb də məhz onun ideoloji-siyasi kursunun dövlətin və xalqın maraqlarına cavab verməsidir. Xalq-iqtidar vəhdəti faktoru da bu amilə söykənir. Məhz bu baxımdan fevralın 9-da keçiriləcək parlament seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətində öz yerinə, roluna, xalqdan aldığı dəstəyinə və aparıcı missiyasına görə öndədir. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Azərbaycandakı digər siyasi partiyalardan təkcə öz üzvülərinin sayına görə, əhali arasında qazandığı etimada görə fərqlənmir. Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə dəstəklənməsinin başlacı səbəblərindən biri bu partiyanın monolitliyini qoruyub saxlaması və partiya üzvülərinin bütün qərarlarla bağlı vahid mövqe nümayiş etdirməsidir. Yeni Azərbaycan Partiyası yarandığı gündən bu vaxta qədər bir struktur kimi öz vahidliyini qoruyub saxlayır. Partiyanın yaranmasından bu günə qədər keçdiyi yol hər zaman dəstəklənməsi bu partiyanın qeyd etdiyimiz kriteriyalara uyğun fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Aparılan hazırlıq işləri onu deməyə əsas verir ki, ölkənin ən böyük, nüfuzlu siyasi qüvvəsi və qələbələr partiyası kimi tanınan YAP-ın növbəti parlament seçkilərində qələbə qazanması labüddür. Seçki Məcəlləsinə uyğun olaraq təbliğatın bütün sivil formalarından istifadə etməklə bu dəfə keçiriləcək seçkilərdə də xalqın YAP-ın namizədlərini dəstəkləyəcəyi şübhə doğurmur.Bu bir reallıqdır ki, seçicilərin YAP-ın namizədlərinə səs verməsi üçün xeyli obyektiv səbəblər mövcuddur. Belə ki, son parlament seçkilərindən ötən beş il ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçib. Ölkə Prezidenti, partiyanın Sədri İlham Əliyevin şəxsi nüfuzu, Onun daxili və xarici siyasətinin xalq tərəfindən dəstəklənməsi, eyni zamanda, YAP-ın cəmiyyətdə böyük nüfuzu, həmçinin bu siyasi təşkilatın üzvlərinin fədakarlığı, ötən seçkilərdə qazanılmış təcrübə qarşıdan gələn parlament seçkilərində də partiyanın uğurlu seçki kampaniyası aparacağına inam yaradır. Bu baxımdan siyasi təşkilatın tərtib etdiyi namizədlər siyahısı hər zaman olduğu kimi bu dəfə də xalqın marağı ilə uzlaşdırılıb. Belə bir siyahının qəbul edilməsi həm də parlamentdə xalqın sözünü deyə bilməsi üçün, tələb və təkliflərin verilməsi üçün münbit və qəbulediləndir.Onu da qeyd edək ki, növbəti VI çağırış Milli Məclis iclaslarında YAP-ı təmsil edən deputatlar hər zaman olduğu kimi öz fəallıqlarını göstərməklə partiyanın nüfuzunu daha da artıracaqlar.Beləliklə, YAP-ın istər xalqa verilən vədlərin hayata keçirilməsində öz əksini tapması, istərsə də digər müvafiq məsələlərdə öncüllük təşkil etməsi bir ənənəyə çevrilibdir desək, yanılmarıq. Bu baxımdan, YAP-ın növbəti parlament seçkilərinə də yüksək hazırlıq işləri aparmaqla, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərini yüksək səviyyədə təbliğ edəcək, Seçki Məcəlləsinə uyğun olaraq təbliğatın bütün sivil formalarından istifadə etməklə onların qələbəsinə nail olacaq.

KAMİL MİRZƏYEV,
YAP Biləsuvar rayon təşkilatının sədri

Digər xəbərlər