PDF Oxu

Cəmiyyət

  • 896

Qubada “Ailə dəyərlərinin uşaqlara aşılanması” müzakirə olunub - DƏYİRMİ MASA

image

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Ənənəvi yüksək dəyərlərin təbliği” layihəsi çərçivəsində növbəti dəyirmi masa Quba şəhərində keçirilib.


“Ailə dəyərlərinin uşaqlara aşılanması” mövzusunda təşkil olunan dəyirmi masada layihənin rəhbəri İlham Əliyev, layihənin eksperti, sosioloq Elçin Bayramlı, Quba rayon İcra Hakimiyyətinin əməkdaşı Arif Nəbiyev, YAP-ın rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Milli mənəvi dəyərlərimizin qorunması və gənc nəslə ötürülməsi üçün maarifləndirmə işlərinin aparılması məqsədilə təşkil olunan dəyirmi masada ulu öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olmuş qəhrəmanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
HDİM-in sədri İlham Əliyev layihə ilə bağlı ətraflı məlumat verib. O çıxışında ənənəvi yüksək dəyərlərin qorunmasnın vacibliyindən, dövlətimizin bu sahədə həyata keçirdiyi işlərdən və rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə fəaliyyətindən danışıb.


Şəhid anası Tünzalə Abdüləlimova gənclərimizin milli dəyərlərimizlə tərbiyəsinin Vətənin qorunması və sağlam gələcək qurulması uğrunda ən vacib amil olduğunu deyib.
RİH nümayəndəsi Arif Nəbiyev mövzunun aktual olduğunu və rayon rəhbərliyinin bu istiqamətdə gənclərin maarifləndirilməsi üçün işlər apardığını deyib.


YAP rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov ailə dəyərlərinin qorunması və uşaqların milli dəyərlərimiz əsasında tərbiyəsinin vacib olduğunu deyib.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Nəhayət Şirinova ali məktəbdə milli mənəvi dəyərlərimizin təbliği üçün müəyyən tədbirlər həyata keçirildiyini deyib.
"Viqas" psisoxoloji və nitq inkişafı mərkəzinin direktoru Fidan Bağırova uşaqların tərbiyəsində milli mənəvi dəyərlərin əsas prinsip olduğunu qeyd edib.


Layihənin eksperti, sosioloq Elçin Bayramlı qloballaşma dövründə milli dəyərlərin təzyiqə məruz qaldığını bildirib. Ekspert qeyd edib ki, qlobal təbliğatlar milli mədəniyyətlərə və milli mənəvi dəyərlərə zərər vurur, bunun qarşısını almaq üçün biz öz dəyərlərimizi daha çox qorumalı və yaşatmalıyıq.


Digər çıxış edənlər də uşaq, yeniyetmə və gənclərin təhsillə yanaşı tərbiyəsinin də vacib olduğunu deyiblər və qeyd ediblər ki, müasir dövrdə biz gənc nəsillərə öz milli-mənəvi irsimizi, ailə dəyərlərimizi ötürməli və onları bu ruhda tərbiyə etməliyik.
Sonda xatirə fotoları şəkilib.


Digər xəbərlər