Siyasət

  • 6 452

YAP-ın namizədləri Binəqədidə gənc seçiciləri ilə görüşdü

image

22 yanvar 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında bu ilin 9 fevral tarixində ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə irəli sürülmüş Kubra Əliyarlının, 10 saylı Binəqədi üçüncü Seçki dairəsi üzrə irəli sürülmüş Anar Əliyevin gənc seçiciləri ilə görüşü keçirildi.

Görüşü giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ölkəmizdəki seçki prosesi haqqında gənclərə məlumat verdi. Milli Məclisə seçkilərə hazırlıqla bağlı görülən işlərdən, seçki qərargahının fəaliyyətindən, eləcə də təbliğat kampaniyası çərçivəsində seçicilərlə keçiriləcək çoxsaylı görüşlərdən bəhs etdi. İlk görüşlərdən birinin məhz gənclərlə keçirilməsinin təsadüfi olmadığını söylədi. Gənclərimizə hər zaman diqqət və qayğının olduğunu, xüsusi dövlət proqramlarının icra olunduğunu, onların cəmiyyətdə layiqli təmsil olunması istiqamətində bundan sonra da mühüm islahatların həyata keçiriləcəyinə əminliyini bildirdi. Bütün gəncləri həmyaşıdları olan YAP-ın gənc namizədlərinə səs verməyə çağırdı.
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə irəli sürülmüş Kubra Əliyarlı geniş çıxış edərək gənc seçicilərini salamladı. Bildirdi ki, namizədliyinin irəli sürülməsi onun timsalında gəncliyə göstərilən yüksək etimaddır. Ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətindən bəhs etdi. Gəncləri maraqlandıran, həllini gözlədikləri bir sıra məsələləri vurğuladı. Hər zaman gənclərin təkliflərini, təşəbbüslərini dəstəkləməyə hazır olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, uzun müddətdir Binəqədi rayonunun ictimai-siyasi həyatında yaxından iştirak edir, həm də bələdiyyə üzvü kimi daim gənclərlə sıx ünsiyyətdədir, onlarla çiyin-çiyinə müxtəlif tədbirlərdə birgə iştirak edir. Onların arzu və istəklərini, onları narahat edən məsələləri bilir. Gənc seçicilərin etimadını qazanaraq millət vəkili seçilərsə bu etimadı layiqincə doğruldacağını və gənclərə hər cür dəstək göstərəcəyini vurğuladı.
10 saylı Binəqədi üçüncü Seçki dairəsi üzrə irəli sürülmüş Anar Əliyev çıxışında gənclərin inkişafına daim səylə çalışacağını, onların cəmiyyətdə fəal təmsilçiliyi istiqamətində gücünü səfərbər edəcəyini söylədi. Ölkə gənclərinin yüksək potensiala malik olduğunu, onların daim fəllaşdırılmasının və problemlərinin həllinin diqqətdə saxlanıldığını qeyd etdi. Binəqədi rayon gənclərinin də rayonun inkişafında, tərəqqisində yaxından iştirakını yüksək qiymətləndirdi. Gənclərə bundan sonra dəstək veriləcəyini söyləyərək bütün gənc seçiciləri qarşıdan gələn Milli Məclisə seçkilərdə “Daha güclü Azərbaycan naminə” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.
Görüş yüksək əhval-ruhiyyədə, gənc seçicilərin suallarının cavablandırılması ilə başa çatdı.
Sonda xatirə şəkli çəkdirildi.

yap.org.az

Digər xəbərlər