Siyasət

  • 9 292

Deputatlığa namizəd Hüseynbala Mirələmovun seçicilərlə növbəti görüşü keçirildi

image

Milli Məclisə 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Hüseynbala Mirələmovun «Bakı» kinoteatrında seçicilərlə növbəti görüşü keçirildi.

Namizədin səlahiyyətli nümayəndəsi, YAP Xətai rayon təşkilatının Aparat rəhbəri Mayıl Kərimov bildirdi ki, H.Mirələmov yalnız millət vəkili və ictimai xadim deyil, millətin mənəvi həyatının bir tərcümanı olan yazıçı, elm sahəsində görkəmli Azərbaycan alimidir. «Hər bir seçicinin deputatı olmaq» H.Mirələmovun fəaliyyətinin əsas prinsipi olub.
Deputatlığa namizəd, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov bu fikri dönə-dönə bildirdi ki, dövlətə sədaqət, qanunlara hörmət, insanlara etibar, gələcəyə inam hər bir Azərbaycan vətəndaşını harada yaşamasında asılı olmayaraq əsas amalına çevrilməlidir. Namizəd seçicilərini 9 fevral növbədənkənar parlament seçkilərində fəal olmağa, seçki məntəqələrinə gəlib, öz seçki hüquqlarından düzgün istifadə etməyə, Azərbaycanın davamlı inkişafına dəstək olmağa çağırdı.

yap.org.az

Digər xəbərlər