Siyasət

  • 11 530

Deputatlığa namizəd Ucar rayonunda növbəti seçicilərlə görüşlər keçirib

image

91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ramil Sahib oğlu Həsən parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ucar rayonunun Ənvər Məmmədxanlı, Yuxarı Çiyni və Türkəci kəndində seçicilərlə görüşlər keçirib.

Yuxarı Çiyni kənd klubunda kənd sakinlərinin iştirakı ilə keçirilən görüşü YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq Yeni Azərbaycan Partiyasının seçkilərə "Daha güclü Azərbaycan naminə" proqramla getdiyini bildirib.
Partiyanın namizədi Ramil Həsən çıxış edərək Azərbaycanın daha da inkişafı üçün atılacaq addımlar haqqında fikirlərini bölüşüb.
Kənd sakinləri Aygün Kərimova, Faxrət Əsədov, Aslan Kərimli, Muğan Həşimov, İlhamə Əliyeva, Rəhim Əhmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini qeyd etməklə gələcəkdə həllini gözləyən təkliflərini də bildiriblər.
Daha sonra Ramil Həsən kənd ağsaqqalı Ağakişi Əliyevi, şəhid Elman Əliyevin qardaşı Arif Əliyevi, şəhid Səhman Kərimovun anası Şüşəbəyim Kərimovanı ziyarət edib.

yap.org.az

Digər xəbərlər