PDF Oxu

Siyasət

  • 34 821

"Bu cür davranışlar milli-mənəvi dəyərlərimizə ziddir" - AÇIQLAMA

image

“İlk öncə qadın özünə bir qadın kimi hörmət etməli və buna uyğun davranış nümunəsi göstərməlidir. Çünki hər bir qadın gələcəyin anası, gələcəyin valideyni və bir ailənin nümayəndəsidir. Bu gün bu qadına Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ən gözəl nümunədir”. Bunu SİA-ya açıqlamasında Pirallahı rayonu Qızıl Aypara Cəmiyyətinin sədri Təranə İsgəndərova deyib.

O, bildirib ki, bu cür əxlaqsız şüarlarla çıxış edən vətəndaşa xanım sözünü yaraşdırmıram: “Çünki o cür kütlədən hər hansı bir yaxşı nümunə götürməkdən söhbət gedə bilməz. Gənc nəslin xanımları hazırda Azərbaycanın ictima-siyasi, sosial, iqtisadi, hətta hərbi kimi bir çox sahələrdə aparıcı rol oynayırlar. Azərbaycan prezidenti cənab İlham Əliyev Azərbaycan gəncinə, xanımına diqqət və qayğısı hər zaman göz önündədir. Və bu gün Azərbaycan siyasətinin əsas prioritet istiqamətlərindən biri elə məhz gənclər siyasətidir. Bu gün ölkədə aparılan gənclər siyasəti gənclərin cəmiyyətdə layiqli yer tuta bilməsi üçün bir çox imkanlar yaradır”.T.İsgəndərova vurğulayıb ki, mən də bir gənc, həmçinin bir xanım kimi bildirmək istəyirəm ki, bu şüarlar altında çıxış edənləri heç cür Azərbaycan qadını kimi dəyərləndirmək olmaz: “Bizim yeniyetmələrimiz, gənclərimiz bu kimi şüarlarla çıxış edən insanlardan nə kimi nümunə götürüb bunu öz həyatına seçimlərinə tətbiq edə bilər? Bütün bu davranışlar nə Azərbaycan milli-mənəvi dəyərlərinə, nə metalitetinə, nə Azərbaycan cəmiyyətinin qəbul edəcəyi davranış şəklinə uyğundur. Bu gün Azərbaycanın qadınının cəmiyyətdə sıxışdırılması, iş verilməməsi, azadlıqlarının çərçivəyə salınmasında söz gedə bilməz”.

sia.az

Digər xəbərlər