PDF Oxu

Siyasət

  • 34 079

Azərbaycan Ermənistana cavab olaraq hansı məktubu yayıb? EKSKLÜZİV - AÇIQLAMA

image

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan hökumətinin 1988-ci il fevral ayında Sumqayıt şəhərində baş verən hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasına təqdim etdiyi sənədin mahiyyətini şərh edib. SİA-ya özəl açıqlamasında Leyla Abdullayeva bildirib ki, həmin sənəd bu ilin 28 fevral tarixində ermənilərin BMT-də yaydığı bir məktuba cavab olaraq ünvanlanan bir məktubdur:"BMT çərçivəsində qondarma "Sumqayıt paqromları" adı altında ermənilər tərəfindən məktub yayılıb. Həmin məktuba cavab olaraq Azərbaycanın BMT-dəki nümayəndəliyinin rəhbəri BMT-nin Baş katibinə məktub ünvanlayıb. Həmin məktubda qondarma "Sumqayıt paqromları" ilə bağlı məsələyə aydınlıq gətirərək bu məsələnin mahiyyətinin və əsas faktlarının nədən ibarət olduğunu aydınlaşdırıb. O zaman Sumqayıt məsələsi ilə bağlı SSRİ Baş Prokurorluğu tərəfindən açılmış cinayət işi, cinayət işinin gəldiyi nəticələr və bütün bunları əks etdirilib, hansı ki, bu ekstremist erməni təşkilatlarının özlərinin əli ilə hazırlanmış bir provokasiya idi. Bu məlumatlara xüsusilə də istintaq işinin materiallarına istinadlar etməklə nümayəndəliyimizin rəhbəri BMT-nin Baş katibinə bu məlumatları məktubda verib. O cümlədən, baş vermiş 1992-ci il Xocalı genosidi ilə bağlı, ermənilər tərəfindən Azərbaycana törədilmiş digər soyqrımılar, müharibə və hərbi cinayətlərlə bağlı məlumatlar, ümumiyyətlə münaqişənin nəticələri və beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi Qətnamələrə istinadları əks etdirməklə məktub yayılıb və o məktub da BMT-nin Baş Assambleyasının və BMT-nin Təhlükəsizlik Şurasının sənədi kimi 6 mart tarixində yayılıb".Ermənistanın atdığı bu adımı dəyərləndirən Leyla Abdullayeva əlavə edib ki, bu sadəcə bir praktikadır: "Bu bir praktika və dünyəvi təcrübədir ki, dövlətlər mühüm hesab etdikləri hadisələrlə bağlı və yaxud bəzi məsələlərə diqqəti cəlb etmək üçün BMT Baş katibinə məktublar ünvanlayırlar. O məktubların sonradan BMT sənədi kimi yayılmasını xahiş edirlər. Ermənistan da bu cür praktikadan istifadə edərək zaman-zaman beynəlxalq ictimaiyyəti yanıltmağa cəhdlər göstərir. Tamamilə əsassız sənədləri və məlumatları yayır. Belə məlumatlardan biri də bu ilin 28 fevral tarixində qondarma "ermənilərə qarşı törədilmiş Sumqayıt paqromları" adı altındakı məlumatdır. Bizim yaydığımız bu məlumat Azərbaycan nümayəndəliyinin rəhbəri tərəfindən Baş katibə həmin o məsələyə cavab olaraq yaydığı məktubun mahiyyətini təşkil edir".Qeyd edək ki, sənəd Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Yaşar Əliyev tərəfindən BMT-nin Baş Assambleyasına təqdim edilib.

sia.az

Digər xəbərlər