PDF Oxu

Siyasət

  • 48 109

"Əməyin qiymətləndirilməsi insaniyyət, humanizm addımıdır" RƏY-ÖZƏL

image

“Prezident İlham Əliyev tərəfindən COVİD-19 epidemiyası ilə bağlı olaraq zəhmət çəkən, fəaliyyət göstərən bütün tibb personalının və əlaqədar şəxslərin, qurumların məvaciblərinin artırılması bir daha dövlətin hər bir vətəndaşının əməyinə vaxtında qiymələndirilməsi, dəyər verməsinin əhəmiyyətli nümanəsdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.O bildirib ki, bütün dünyanın bəlası olan COVİD 19 artıq bir sıra ölkələrdə mühüm problemlərə səbəb olub.Deputat söyləyib ki, amma bu sahədə zəhmət çəkən, əziyyəti olan insanların əməyininin dövlət tərəfindən qiymətləndirilməsi nümunəsi Azərbaycandan başqa heç bir ölkədə yoxdur: “Bütün ölkələr epidemiya ilə bildiyi, bacardığı kimi mübarizə aparır. Amma əməyin qiymətləndirilməsi bu artıq insaniyyət, humanizm addımıdır. Əlbəttə ki bunun üçün biz Ölkə başçısını təşəkkür etməliyik”.J.Əliyeva qeyd edib ki, Azərbaycan Prezidenti ən çətin məqamlarda hər zaman vətəndaşının yanında olduğunu atdığı addımlarla, imzaladığı sənədlərlə göstərmiş olur: “Ötən gün imzalana sənəd bunu bir daha sübut etmiş oldu”.

sia.az

Digər xəbərlər