Atılan addımlar Prezidentin vətəndaşlarımızın qayğılarına necə yanaşdığını göstərir

Azərbaycanda xüsusilə son müddət ərzində sosial sahədə atılan addımlar bir daha onu göstərir ki, Cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Təsadüfi deyil ki, ötən il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu ki, bunun da nəticəsində 4 milyon 200 min insan dövlət tərəfindən sosial paketlə əhatə edildi və bunun da içərisində minimum əməkhaqqının təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən çox qaldırılması məsələləri də var idi: “Bu ilin əvvəlindən bu meyillər daha da güclənib. Minimum əməkhaqqı və orta aylıq əməkhaqqının, pensiyaların artırılması göz qabağındadır. Bu sahədə bu il görülən işlər keçən il görülmüş işlərin məntiqi davamıdır. Xüsusilə indiki pandemiya dövründə sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atılmışdır. Məlum olduğu kimi dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqısı tam şəkildə, özəl sektorda isə təxminən 700 min insanın əməkhaqqısının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. İşsiz qalan 600 min vətəndaşımıza 190 manat vəsaitin ayrılması, sosial yardım proqramı çərçivəsində əlavə olaraq 80 min ailəyə müvafiq yardımların göstərilməsi, 90 min yeni iş yerlərinin açılması ilə bağlı atılan addımlar bir daha Cənab Prezidentin vətəndaşlarımızın qayğılarına necə həssaslıqla yanaşdığını ortaya qoyur.Aparılan siyasətin tərkib hissəsi olaraq həssas qrupların, xüsusilə şəhid ailələrinin sosial problemlərinin həlli, onların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də göz önündədir. Məlum olduğu kimi bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib, həm şəhid ailələrinə, həm də Qarabağ qazilərinə 6 mindən çox minik maşını verilib ki, bu da Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsinin yüksək səviyyədə olduğunun göstəricisidir.Bu məsələlərlə bağlı danışarkən pandemiya dövründə verilən düzgün qərarlar nəticəsində ölkəmizin bu bəladan minimum itkilərlə çıxdığını da xüsusi olaraq qeyd etməyə ehtiyac var. Koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi. Əhalisinin sayı Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə vəziyyətin necə olduğunu hər birimiz görürük. Amma bununla yanaşı Cənab Prezidentin də qeyd etdiyi kimi pandemiya hələ başa çatmayıb və bütün vətəndaşlarımız məsuliyyət hissini artırmalı və nizam-intizama riayət etməli, verilən qərarlara və qadağalara ciddi şəkildə əməl etməlidirlər.

Rəşad Abbasəliyev, YAP Sabunçu rayon təşkilatının Aparat rəhbəri

sia.az