Siyasət

  • 11 283

Ermənistanda demokratiyadan söhbət gedə bilməz ÖZƏL - MÜNASİBƏT

image

"Nikol Paşinyan hakimiyyətində təhlükəni hiss etməkdədir. Çünki, ona qarşı artan sosial narazılıq da Paşinyana əks qütbdə duran kollektivlərin güclənməsinə səbəb ola bilər". Bu sözləri SİA-ya açıqlamaında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ermənistanda baş verən hadisələr, xüsisilə də Qaqik Sarukyan ətrafında cərəyan edən proseslərdən danışarkən deyib.Onun sözlərinə görə, Ermənistanda baş verənlər Nikol Paşinyanın daxili siyasi opponentlərinə və rəqiblərinə qarşı mübarizəsinin ən baris təzahürüdür: "Anti-demokratik mahiyyət daşıyan bu mübarizə bir daha onu göstərdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan heç də demokratik siyasətçi deyil. Ümumiyyətlə, Ermənistanda demokratik siyasi rejimdən söhbət gedə bilməz. Təbii ki, məsələ Nikol Paşinyanın özünə və onun tərəfdarlarına çatanda hansısa demokratik görüntülər ola bilər. Əslində isə söhbət müxalifətdən gedəndə, müxtəlif dairələrin fəaliyyətindən gedəndə ən baris avtoritar və diktator rejim özünü göstərməkdədir".Politoloq vurğulayıb ki, Qaqik Sarukyanla bağlı məsələdə də eyni sözləri deyə bilərik, ortaya çıxan mənzərə Nikol Paşinyanın rəqiblərinə qarşı rəftarının baris nümunəsidir: "Nikol Paşinyan əsas rəqibi olan Qarabağ klanına qarşı mübarizə apardı. Koçaryanı, Sarkisyanı sıradan çıxartmaq üçün 2018-ci ildə əslində Nikol Paşinyanı dəstəkləyən, eyni zamanda da kifayət qədər maddi vəsaiti olan, maliyyə imkanları olan və həm də Koçaryanla sıx əlaqələri olan Sarukyana qarı da mübarizəyə başladı. Qeyd etmək yerinə düşər ki, iyun ayının əvvəllərində Sarukyanın - "Nikol Paşinyan hakimiyyətdən getməlidir", fikirlərindən sonra Q. Sarukyana qarşı mübarizə daha geniş vüsət aldı. Bütün bunlar bir daha onu göstərir ki, Nikol Paşinyanın əsas məqsədi və əsas fikirləri nədən ibarətdir. Paşinyan, ona qarşı olan bütün siyasi sistemi hakimiyyətdən və siyasi səhnədən qovmaq istəyir. Burada təbii ki, bəzi qüvvələrin fəaliyyətini qeyd etmək lazımdır. Bu yaxınlarda orduda və güc strukturlarında da bir sıra dəyişikliklər baş verdi. Görünür ki, Nikol Paşinyan hakimiyyətində təhlükəni hiss etməkdədir. Çünki, ona qarşı artan sosial narazılıq da Paşinyana əks qütbdə duran kollektivlərin güclənməsinə səbəb ola bilər. Nikol Paşinyan hazırlıqlar görməkdədir ki, hakimiyyətində təhlükə yaranmasın".

sia.az

Digər xəbərlər