Siyasət

  • 12 052

"Kütləvi qeyri-şüuri davranış, çarpaz hibrid müharibə, sosial şəbəkələr və pandemiya" Hikmət Babaoğlu

image

"Sosiologiyada bəzən mübahisələr doğuran, bəzən isə qəbul edilən bir terminologiya var: Kollektiv qeyri-şüuri davranış. Mən bu anlayışı tamamilə qəbul edirəm və əminəm ki, bu çox dəqiq ifadədir. Amma bir fakt da ondan ibarətdir ki, kollektiv qeyri-şüuri davranış yalnız ekstremal şəraitdə baş verir. Bunun baş verməsi üçün, ilk növbədə, cəmiyyətdə xaos və bir ekstremal vəziyyət yaratmaq tələb olunur. Hazırda azərbaycanafob "virtual diktatura" bu ilkin zəmini yaratmağa cəhd edirlər.Bundan sonra, bir neçə sosial aktiv fərd üzərində qurulan oyun kollektiv şüuru blokadaya alır. Onların şüuraltı davranışları ilə manipulyasiya edilir və cəmiyyət öz davranışları üzərində nəzarəti itirən bir kütləyə çevrilir. Nəticədə isə, dediyimiz təzahürlər-kollektiv psixoz, kollektiv nevroz, kollektiv nifrət və kollektiv xaos baş verir. Eyni zamanda, şərti katalizator adlandıracağımız fərdlər vasitəsilə bu kollektiv qeyri-şüuri davranış idarə olunur, yönləndirilir, onlara "ideyalar" verilir. Nəticədə isə toplum bu kollektiv qeyri-şüuri davranışın əsirinə çevrilir. Təbii ki, hərəkət qeyri-şüuri olduğu üçün, artıq bu prosesdə şüurlu mühakimə də iştirak etmir.Hadisələrin inkişafına şüurlu yanaşma arxa plana keçir və demək olar ki, unudulur. Bu zaman həmin aqressiya təkcə bir hədəfə deyil, bütövlükdə tarixi keçmişə, milli-mənəvi dəyərlərə, milli mentalitetə və cəmiyyətin qəbul etdiyi bütün normal münasibətlərə qarşı yönəlmiş olur. Bu isə toplumda əsrlər boyu bərpa olunmayan fəsadlara gətirib çıxarır. Cəmiyyətin qeyri-sağlam münasibətlərə olan immunitetini öldürür. Bu immunitetin bərpası isə on illiklər tələb edir. Ona görə də, hər bir xalq kütləvi psixoza və kollektiv qeyri-şüuri davranış tələsinə düşmədən öncə, bu barədə mütləq düşünməlidir. Şübhəsiz ki ,bu həm də həmin xalqın ziyalılarının və intellektual ictimai institutlarının davranışlarından da xeyli dərəcədə asılıdır. Ona görə də inkişaf etmiş, özünü və dəyərlərini dərk edən cəmiyyətlərdə kollektiv qeyri-şüuri davranışlar olmur". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, hazırda koronovirus pandemiyası dünyada qlobal ekstrimal vəziyyət yaradıb və deməli kollektiv qeyri şüuri davranış üçün real sosial psixoloji zəmin var: "Bu sosio-psixoloji davranış isə qeyri-şüuri və kütləvi olduğu üçün fərdin sosial davranışı zamanı sosial məsuliyyəti avtomatik olaraq iqnor edir. Belə vəziyyətə cəmiyyətin ümumi maraqlarını təhlükə altına alan ekstrimal hadisələrin yaranma ehtimalı artır. Hazırki mərhələdə ayrı-ayrı güc mərkəzləri sosial şəbəkələrdən xüsusi informasiya aləti kimi istifadə etməklə kütləvi xaos və ixtişarlar törətməyə cəhd edirlər. Bu günlərdə Azərbaycanın koronovirusa qarşı mübarizədə əldə etdiyi uğurları heçə endirmək üçün paralel olaraq iki istiqamətdə milli maraqlarımıza qarşı hücumlar təşkil edilir. Bunlardan biri internet resurslarında xüsusi olaraq yaradılan "Virtual sosial liderlər" yaxud "beşinci kalon" vasitəsilə digəri isə klassik və ənənəvi sosial aktorlar vasitəsilə (şərti olaraq sərhəd hadisələri timsalında) həyata keçirilir. Ancaq bu paralel hadisələr heç şübhəsiz ki, eyni mərkəzdən idarə olunur və bu mərkəzin adı antiazərbaycançı və islamafob mərkəzlərdir. Sərt sosial özünütəcridlə bağlı hadisələr daha çox sosial şəbəkələr vasitəsilə istismar edilir. Vətəndaşlarımızın ölkəyə gətirilməsi ilə bağlı yaradılan xüsusi mexanizm də klassik aktorlar tərəfindən istismar edilir. Nəticədə milli maraqlarımız çarpaz və hibrid hücuma məruz qalır. Ona görə də belə məsələlərdə ilk növbədə cəmiyyətimizin ictimai fəal institutları ciddi şəkildə maariflənmə və pozitiv yönləndirmə hərəkətləri etməli, ikincisi isə sosial şəbəkələrdəki virtual lliderlərə qarşı hüquq-mühafizə orqanlarımız qəti tədbirlər görməlidirlər. Bunun üçün qanuni və hüquqi əsaslarımız kifayət qədərdir. Sadəcə kibercinəyatkarlığa qarşı mübarizə polislərimizi və digər təhlükəsizlik orqanlarında olan müvafiq qurumlarımızı daha da gücləndirməliyik. Eyni zamanda düşünürəm ki, Operativ Qərərgah nəzdində sosial pisixologiya və kütləvi davranışların analizi üzrə ixtisaslaşmış mütəxəsislərdən ibarət xüsusi qrup yaradılmalı, ayrı-ayrı faktlar analiz edilərək onların baş verməməsi üçün xüsusi rəylər hazırlanmalıdır ki, Operativ Qərərgah qərarlar qəbul edərkən həmin analizin nəticələrinə uyğun olaraq xüsusi vacib sosio-psixoloji nüansları nəzərə alsınlar.Əslində, isə bizim milli mentalitetimizi formalaşdıran iki mühüh komponent, dini və milli ənənələrin hər ikisi, kütləvi qeyri –şüuri davranışı rədd edir. Bu isə daha effektiv tədbirlər almağımıza əlavə yardım göstərə bilər .!.

sia.az

Digər xəbərlər