Siyasət

  • 12 116

“Həmrəy olaraq və bu virusa qalib gələk” ÖZƏL-MÜNASİBƏT

image

“Dünən biz Cənab Prezidentin Gəncə şəhər 1 saylı xəstəxanasının nəzdində yeni açılmış modul tipli xəstəxanasındakı çıxışını dinlədik. Cənab Prezident geniş, hərtərəfli şəkildə mövcud vəziyyəti izah etdi və Azərbaycanın mövcud durumu, virusa qarşı aparılan mübarizə, dövlətin bu sahədə gərgin əməyi və eyni zamanda ən əsas məsələlərdən biri, vətəndaş məsuliyyətsizliyi ilə bağlı ölkə başçısının etdiyi çıxışı diqqəti cəlb etdi.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.İctimai Birliyin sədrinin sözlərinə görə, təbii ki, bu gün Azərbaycanda koronavirusa qarşı, onun qarşısının alınması istiqamətində dövlət tərəfindən geniş, hərtərəfli işlər aparılır və bu elə pandemiyanın ilk yayıldığı dövrdə də belə idi. “Vaxtında qəbul edilən qərarlar, yaradılmış müvafiq orqanlar, tətbiq olunan karantinlər bunu deməyə əsas verdi ki, Azərbaycan bu istiqamətdə qəflətən pandemiya vəziyyəti ilə, bu virus müharibəsi ilə qarşılaşmasına baxmayaraq, bir dövlət olaraq özünü itirmədi və bir çox dünya dövlətlərindən, inkişaf etmiş ölkələrdən də daha nümunəvi addımlar ataraq pandemiyanın Azərbaycanda gemiş yayılmasının qarşısını ala bildi. Lakin sonradan, may ayından etibarən karantin qaydalarında yumşalma getdikdən sonra bəzi vətəndaşlarımızın məsuliyyətsizliyindən, hansı ki, Cənab Prezident də qeyd etdiyi kimi, tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara riayət etmək kimi çox saylı tələblər qoyulmuşdu, bunlara bəzi vətəndaşlar tərəfindən etinasızlıq, məsuliyyətsizlik, qeyri-ciddi yanaşmalar oldu ki, nəticədə yoluxma sayı nisbətən artdı. Bununla paralel olaraq, həm Azərbaycanın xaricində, həm daxilində olan bəzi qüvvələr antitəbliğat qurdular ki, burada da məqsəd aydın idi və Azərbaycan dövlətinin gördüyü işləri gözü götürməmək idi bu. Çünki, bu anda artıq Azərbaycan dünya dövlətlərinə nümunəvi bir ölkə kimi tanınırdı.Yumşalma ona görə tətbiq olundu ki, sağalanların sayı Cənab Prezidentin də qeyd etdiyi kimi yoluxmanın sayını üstələmişdi. Həm də təbii ki, uzun müddət də insanları təcriddə saxlamaq olmazdı və iqtisadiyyatı da düşünmək lazım idi. Amma qeyd edək ki, azərbaycan dövləti hər zaman daha çox Azərbaycan vətəndaşının sağlamlığını, onun qorunmasını düşündü. Çox təəssüflər olsun ki, may ayının sonlarından etibarən yoluxma artmağa başladı və bunun da vətəndaşların, əsasən də qapalı məkanlarda, ictimai-iyaşə obyektlərində sosial məsafə saxlamaması, tibbi maskalardan istifadə etməməsi səbəbi ilə izah etmək olar. Təəssüf ki, Azərbaycanın bəzi vətəndaşlarının bu məsuliyyətsiz addımı nəticəsində bu gün Azərbaycanda artıq bir qədər artmışdır. Ancaq ümumi Azərbaycan əhalisinin sayını götürdükdə yenə də yoluxma digər dövlətlərə baxanda çox azdır. Amma artım sürətinə baxdıqda, artıma baxdıqda aydın olur ki, biz yaxın gələcəkdə çox təhlükəli rəqəmlərlə qarşılaşa bilərik və bu da bizim səhiyyəmiz, vətəndaşlarımız üçün acıacaqlı vəziyyəti yaratmış olar. Baxmayaraq ki, müasir standartlara cavab verən tibb müəssisələrimiz var, hansı ki, 700-ə yaxın xəstəxana tikilib və təmir olunub 2003-cü ildən bəri və bunun sayəsində Azərbaycan səhiyyəsi bunlara dözür, öhdəsindən gəlir, amma bununla belə yoluxma sayının artmamasına görə hər kəs məsuliyyət daşımalıdır. Əgər yoluxanların sayı təhlükəli bir həddə çatarsa, buna nə xəstəxanalarımızda yerlər, nə də ki, tibb işçilərinin sayı kifaət etməz. Bəzi adamlar vurğulayırlar ki, Azərbaycan bunu fikirləşməli idi, ancaq bir şeyi başa düşmürlər ki, infeksion xəstəliklər normal vəziyyətdə cəmi 10 faiz təşkil edir. Müasir azərbaycanın tarixində də bu qədər sayda virus xəstələri olmayıb. Ancaq buna baxmayaraq bu gün bizim yetərincə xəstəxanalarımız və xəstəxanalarımızda çarpayılarımız var və biz də bu işin öhdəsindən gəlirik. Digər bir tərəfdən də ki, adi tibb işçisini hazırlamaq üçün on illərlə vaxt lazımdır və bu insanların da məntiqi heç cür başa düşülmür ki, bu da qarayaxmanın bir metodudur. Yəni, tibb işçisi istehsal vasitəsi deyil ki, onu təzədən istehsal etmək olsun. Bu sahədə ixtisaslaşma üçün illlər tələb olunur. Azərbaycan vətəndaşı bunu da başa düşür. Bunu da başa düşür ki, yəni həkimlərimiz gecə-gündüz çalışırlar. Onlar ağır iş şəraitindədirlər. Demək olar ki, ailələrinin üzlərini də görmürlər və özləri də yoluxurlar, həyatlarını itirirlər və biz bunu mətbuatdan oxuyuruq. Azərbaycan vətəndaşı başa düşür ki, öz həyatını təhlükəyə qoymaqla onun özünün də həyatını belə xilas etmək çətin ola bilər.

Digər bir tərəfdən, mən xüsusilə gənclərimizə üzümü tutub deyirəm ki, sizi başa düşürəm, Azərbaycan dövlətinin idmana, gənclərin sağlamlığına etdiyi diqqət sayəsində bu gün çox sağlam gənclik vardır. Bəziləri deyirlər ki, cavandırlar, tez bir zamanda bu keçib gedəcək və dözüm gətirəcəklər. Amma elə deyil. Allah eləsin ki, heç yoluxmasınlar. Yoluxmasalar belə, yaxınmlarını düşünsünlər. Qocaları, ahılları, uşaqları, digər xroniki xəstə olan insanları düşünsünlər. Onları yoluxdura, həyatını təhlükəyə aya bilərlər bunlar. Ona görə də mən hər bir Azərbaycan vətəndaşını, xalqı, bacı-qardaşlarımı, hamını bu mübarizəyə səsləyirəm. Hamını, Cənab prezidentin də qeyd etdiyi kimi mübarizəyə, ictimai qınağa səsləyirəm. İctimai qınaq olmalıdır.Gecə-gündüz çalışan polisimizlə bir olmalıyıq, insanları qayda-qanuna dəvət etməliyik, ziyalılarımız aktivlik göstərməlidir. Kütləvi informasiya vasitəlri, vətəndaş cəmiyyətləri bu ərəfədə çox aktivdirlər. Mən xaiş edirəm ki, bütün ictimaiyyətimiz buna qoşulsun. Hamımız səylə, bir əllə, həmrəy olaraq dövlətin arxasında dayanaq, Prezidentimizin ətrafında toplaşaq və bu virusa hamılıqla qalib gələk", deyə Anar Xəlilov bildirib.

sia.az

Digər xəbərlər