C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən beynəlxalq festivalda çıxış edib. Teatr Samsunda təşkil olunan 8-ci Beynəlxalq Teatr Festivalı çərçivəsində Hüseyn Cavidin "Ana" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.
Quruluşçu rejissoru Mir Qabil Əkbərov, rəssamı isə Səyyad Bayramov olan tamaşada əsas obrazları Xalq artisti Yasəmən Ramazanova, həmçinin gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, İsmayıl Mirzəcanov, Əlizamin Abbasov, Ələsgər Quliyev, Saynur Babayev və Seyfəddin Məmmədli canlandırıblar.
Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun "Kor ərəbin mahnısı" əsəri əsasında kamança ifaçısı Hüseyn Nağıyev tərəfindən üç fərqli versiyada hazırlanıb. Festival çərçivəsində uğurla nümayiş olunan tamaşa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda kollektivə müxtəlif hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.
Mətləb
Aktyor iki il işsiz qaldı...
Sənətçi özünü amerikalı rokçuya bənzəməyə başladığını düşünürdü, amma nəsə səhv getdi..?
© 2002-2026, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
Üzeyir Hacıbəyli küçəsi, 66. Bakı, Azərbaycan.
Tel.: (+994 12) 598-33-90 ; Faks: (+994 12) 493-11-62 ; Email: [email protected]
Baş redaktor: Bəhruz QULİYEV
"Səs" qəzeti "AzərTac" və SİA agentliklərinin informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.