PDF Oxu

Siyasət

  • 789

“Sumqayıtda yaşayış binalarının istilik sistemlərinin yenilənməsinə ehtiyac var” - SƏBİNƏ SALMANOVA

“Sumqayıtda yaşayış binalarının istilik sistemlərinin yenilənməsinə ehtiyac var” - SƏBİNƏ SALMANOVA

Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının istilik sistemlərinin yenilənməsi və əsaslı təmiri zəruridir. Köhnəlmiş istilik infrastrukturu xüsusilə payız-qış mövsümündə sakinlərin üzləşdiyi problemləri artırır. Bu baxımdan, problemin mərhələli şəkildə həlli və dövlət büdcəsində müvafiq vəsaitin nəzərdə tutulması vacibdir.SİA xəbər verir ki, bu fikirləri deputat Səbinə Salmanova Milli Məclisdə “Azərbaycan Respublikasının 2027-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında səsləndirib.Deputat bildirib ki, Sumqayıt əhalisinin sayına görə Azərbaycanın ikinci ən böyük şəhəridir. 500 mindən çox əhalisi olan şəhərdə çoxsaylı çoxmənzilli yaşayış binaları mövcuddur və onların bir hissəsində istilik sistemlərinin yenilənməsinə, əsaslı təmirinə və müasir tələblərə uyğunlaşdırılmasına ciddi ehtiyac var.Onun sözlərinə görə, bir sıra binalarda istilik sistemlərinin köhnəlməsi və texniki vəziyyətinin qənaətbəxş olmaması mənzillərin lazımi səviyyədə qızdırılmasında çətinliklər yaradır. Bu problem xüsusilə soyuq aylarda sakinlərin gündəlik həyatına mənfi təsir göstərir.S.Salmanova qeyd edib ki, ilk növbədə, şəhərdə istilik sistemlərinin mövcud vəziyyəti hərtərəfli araşdırılmalı, yenilənməyə ehtiyacı olan binalar müəyyənləşdirilməli və problemin mərhələli həlli üçün konkret tədbirlər planı hazırlanmalıdır.Deputat qarşıdan gələn qış mövsümünü nəzərə alaraq, ən problemli binalarda təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. O, Sumqayıtda çoxmənzilli yaşayış binalarının istilik sistemlərinin mərhələli şəkildə yenilənməsi və bu məqsədlə dövlət büdcəsində müvafiq vəsaitin ayrılması üçün hökumətə müraciət edib.
Müəllif: Günay Hacıyeva

Digər xəbərlər