İrandan ABŞ-a növbəti təhdid bəyanatı səslənib. SİA xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rezai özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edərək, ABŞ prezidenti Donald Tramp ilə mümkün dialoq məsələsinə kəskin münasibət bildirib.
İbrahim Rezai ABŞ ilə danışıqları diplomatların deyil, hərbçilərin aparmalı olduğunu vurğulayıb. "Şeytanla istənilən danışıqlar strateji bir səhvdir. Qoy Donald Tramp ilə danışıqları raketlərimiz və Silahlı Qüvvələrimiz aparsın", - o, paylaşımında deyib.
Mətləb
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...