Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusudur

Xalqımızın tarixində müstəsna xidmətləri olan dahi şəxsiyyətlərdən biri dünya miqyaslı siyasətçi, müstəqil Azərbaycan dövlətinin Banisi, Xilaskarı və Qurucusu, Ümumilli Lider Heydər Əliyevdir. Bu böyük Şəxsiyyət öz parlaq siyasi zəkası və istedaı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və xalqımızı gələcəyə aparan yolları, müstəqil dövlətimizin inkişaf startegiyasını müəyyən etmişdir. 1969-cu ildən bəri yaşanan dövr Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi daxil olmuşdur. Bu fikirləri SİA ya aciqlamasında YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova bildirib."Hamımıza yaxşı məlumdur ki, Ümumilli Liderimiz Heydər Əliyev Azərbaycanın rəhbərliyinə 14 iyul 1969-cu ildə gəlib" deyən Sevil Əhmədova qeyd edib ki, o zamandan başlayaraq Azərbaycanı qurub-yaratmış, ölkəni istehsalın bütün sahələrində - sənayedə, iqtisadiyyatda, kənd təsərrüfatında ən yüksək mərhələyə çatdırmağı, öz xalqına namus və şərəflə, böyük məhəbbətlə xidmət etməyi qarşısına məqsəd qoymuş və buna da nail olmuşdur: "Ulu Öndərin adı ilə bağlı tarixin 34 ili Azərbaycana rəhbərliyə, Azərbaycan xalqına xidmətə, milli taleyimizi ən yüksək səviyyədə yaşatmağa həsr olunub.Ümumilli Lider Heydər Əliyev 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi seçilmiş, 14 il həmin vəzifədə çalışaraq Azərbaycanı keçmiş SSRİ respublikaları arasında ən geridə qalan respublikadan qabaqcıllar sırasına çıxarmışdır. Onun Azərbaycana rəhbər seçildiyi vaxtdan vəfat etdiyi günədək göstərdiyi titanik fəaliyyət Vətənimizin inkişafına, onun çiçəklənməsinə, dünya dövlətləri sırasında öz laiqli yerini tutmağa xidmət etmişdir. Ümumilli Lider çıxışlarının birində qeyd etmişdir: “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”.Heydər Əliyev çox uzaqgörən siyasətçi idi. Kremldə işlədiyi dövürdə o, imperiya siyasətini böyük məharətlə milli mənafelərlə uzlaşdıra bilirdi. O zaman respublikamızda nə qədər yeni zavodlar, fabriklər, təhsil və mədəniyyət müəssisələri tikildi, milli kadrların hazırlanması istiqamətində əsaslı tədbirlər həyata keçirildi.1993-cü ilin qovğaları gözümüz qarşısındadır. Xalqın yekdil rəyi və istəyi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev parçalanıb dağılmaq həddinə gələn ölkənin bütün problemlərini öz çiyinlərinə götürdü, xalqı təhlükədən, Azərbaycanı parçalanmaq, məhv olmaqdan xilas etdi".Rayon təşkilat sədri bildirib ki, Ulu Öndərin lider kimi böyüklüyü həm də ondadır ki, o, Azərbaycanda dövlətçilik ənənələrini formalaşdırmaqla yanaşı, bu ənənələri yeni dövrün tələbləri səviyyəsində yaşadacaq, inkişaf etdirə biləcək, müstəqil Azərbaycanı möhkəmləndirərək qoruyub-saxlaya biləcək layiqli siyasi varisini yetişdirə bilmişdir: "Hazırda Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz gündən-günə çiçəklənir, inkişaf edir, dövrün qabaqcıl, inkişaf etmiş ölkələrindən birinə çevrilir. Prezidentimiz Azərbaycan xalqının gələcəyi üçün gərgin əmək sərf edir, azad və demokratik cəmiyyət quruculuğu yollarında əsl fədakarlıq göstərir. Onun bilavasitə səyləri ilə doğma Azərbaycanımız demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın səfalı guşələrindən olan İsmayıllıya həmişə diqqət və qayğı ilə yanaşmış, onun inkişafı üçün lazımi tədbirlər görmüşdür. İstər Sovet dönəmində, istərsə də müstəqillik illərində dəfələrlə rayonumuza səfərlər etmiş, regionun inkişafına diqqət və qayğısını əsirgəməmişdir. İsmayıllıların zəhmətkeş olduğunu, dövlət və dövlətçiliyə sədaqətli olduqlarını həmişə vurğulamış, əhali ilə görüşlər keçirmişdir. “İsmayıllı çox yaxşı rayondur, mən buranı yaxşı tanıyıram, əhalisi zəhmətkeçdir. Azərbaycana rəhbərlik etdiyim o illərdə mən bu rayonda bir dənə də olsun mənfi şey eşitməmişdim. Təbiəti yaxşıdır, bütün ətrafı gözəl meşələr, çaylardır. İndi Allah sizə belə gözəl bir yer nəsib edibdir", deyən Ulu Öndər bu torpağa, onun insanlarına sonsuz məhəbbətini belə ifadə etmişdir. 1981-ci ildə baş vermiş zəlzələ zamanı rayon əhalisinin yanında olmuş, köməklik göstərmiş, yardımlar etmişdir. İvanovkaya, Lahıc və Basqala xüsusi diqqət göstərmişdir. Lahıca ilk yol çəkilişi Heydər Əliyevin adı ilə bağlıdır. İvanovkada kollektiv təsərrüfatın saxlanması Heydər Əliyevin tövsiyəsidir.Qarşılıqlı olaraq, ismayıllılar da Ulu Öndəri həmişə çox sevmiş, rəhbərliyinin hər iki dövründə onun tövsiyə və tapşırıqlarının yüksək səviyyədə icrasına nail olmuşlar. Bu gün bu inam və etimad Ulu Öndərin siyasi varisi, Cənab İlham Əliyevə münasibətdə təkrar olunur və davam etdirilir".

sia.az