Siyasət

  • 7 051

"Niyə radikallar özlərini bu prosesdən kənarda tuturlar?" ÖZƏL-MÜNASİBƏT

image

“Doğru deyirlər ki, insan nəyisə davamlı olaraq təkrarlayırsa, bu, artıq onda vərdişə çevrilir. Ölkəmizdəki radikal müxalifət ağa qara deməyə, hər şeyi qaralamağa o qədər adət edib ki, onlar üçün həyatda qaradan başqa rəng yoxdur”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.Onun sözlərinə görə, demokratik-hüquqi dövlətlərdə müxalif qüvvələrin olması nəinki normaldır, hətta zəruridir: “Belə cəmiyyətlərdə müxalifət toplumun bu və ya digər kəsiminin ideyalarının, düşüncələrinin ifadəçisidir. Hakimiyyətdə olan siyasi qüvvələr də öz növbəsində, cəmiyyətdəki bütün qrupların, siyasi həyatın hər bir iştirakçısının səsinə qulaq asmalı, onların təkliflərini nəzərə almalıdır.Hər şeyi qaralayanlarla nə danışasan? Əslində, onlar cəmiyyətdən ayrı düşmüş adamlardır. Heç bir kəsimin, heç bir zümrənin istəklərinin daşıyıcısı ola bilməzlər. Olsa-olsa ətraflarındakı beş-on adamın, xaricdəki antiazərbaycan qüvvələrinin maraqlarına xidmət edirlər. Belə deyilsə, indiki pandemiya şəraitində, insanların problemlərlə, acılarla üzləşdiyi bir vaxtda, niyə onlara dəstək olmurlar? Heç olmasa, çevrələrindəki qüvvələrə karantin qaydalarına, sanitar epidemioloji normalara əməl etməyi tövsiyyə edə bilərlər. Əksinə, onlar insanlarda ruh düşkünlüyü, çaşqınlıq, xaos yaratmaq üşün dəridən -qabıqdan çıxırlar.Radikallar Ermənistanın 12 iyulda Tovuz istiqamətində törətdiyi hərbi təxribatlar zamanı da xalqımızın yanında yer almadılar. Ə.Kərimlinin, C.Həsənlinin, G.Hacıbəylinin ekranlarından düşmədikləri Osmanqızı və digər internet televiziyaları açıq -aşkar ermənipərəst mövqe nümayiş etdirdilər. Fürsətçilik edən radikallar düşmənə ağır dərs verən, onu böyük itkilərə məruz qoyan Azərbaycan hakimiyyətinə qarşı savaş açdılar. Normal müxalifətçilik siyasi fəaliyyətdir. Lakin radikalların fəaliyyətinin siyasətlə heç bir əlaqəsi yoxdur. Onlar siyasi mədəniyyətdən də çox uzaqdırlar. Söyüş söymək, şər-böhtan atmaq iyrəncdir. Özlərini qərbpərəst qüvvələr kimi qələmə verən bu adamlar, ən aşagısı, Avropadakı siyasi mədəniyyətdən zərrə qədər də olsa yararlansalar,özlərinə xeyir olar.Ölkəmizdə hərtərəfli geniş islahatlar aparılır, yeni siyasi düzən formalaşdırılır. Niyə radikallar özlərini bu prosesdən kənarda tuturlar? Özgə vaxt dialoqdan gen -bol danışanlar, niyə gəlib masa arxasında oturmaq istəmirlər? Hamı yaxşı başa düşür ki, radikalların bütün addınmarı və fəaliyyəti özlərinə qarşı işləyir. Cəmiyyət onları çoxdan qəbul etmir”.

sia.az

Digər xəbərlər