Siyasət

  • 7 117

“Prezidentin təşəbbüsündən sonra zərərlərin minimuma endirilməsi mümkün olub” ÖZƏL-MÜNASİBƏT

image

“Prezident İlham Əliyev yeni dərs ilinin pandemiya dövründə yeni formatda təşkili ilə bağlı çıxışı təqdirəlayiq hal kimi dəyərləndirilməlidir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.Partiya sədrinin sözlərinə görə, bu il yeni dərs ilinin yeni şəraitdə başlaması hər birimizin üzərinə ikiqat məsuliyyət qoyur: “Prezident İlham Əliyevin bu yöndə çıxışı əslində təhsilə verdiyi önəmin, xalqın gələcəyi olan uşaqlarımızın təhlükəsizliyinin təmin olunması faktorunun nə qədər mühüm olduğunu bir daha təsdiq etmiş oldu. Prezident dəfələrlə ölkənin başlıca məqsədlərindən birinin Azərbaycan xalqının koronavirus bəlasından daha az itkilərlə çıxmaq olduğunu qeyd etdi. Əslində Cənab Prezidentin verdiyi bütün qərarlar birmənalı olaraq, bu məqsədə xidmət edir. Pandemiyanın təhsilimizə böyük təsiri olduğunu qeyd etmək gərəkdir. Amma Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə yaradılan mütəşşəkkil tədbirlər çərçivəsində bu zərərlər minimuma endirildi. Azərbaycanda alınan qərarlar və pandemiyaya qarşı təşkil edilən tədbirlər programının ciddiliyi bir çox ölkələrin diqqətini çəkmiş və bu gün Azərbaycan təcrübəsindən istifadə edən ölkələrin olduğunu da görmək mümkündür.Fürsətdən istifadə edərək, hər kəsi yeni dərs ili münasibəti ilə təbrik edirəm. Azərbaycanın təhsilli və elmli gənclərə ehtiyacı var! Güclü təhsil güclü siyasət deməkdir!”.

sia.az

Digər xəbərlər