"Ermənistan xarici işlər naziri Z. Mnatsakanyanın Moskva səfəri humanitar atəşkəsdən sonra Rusiya və Ermənistanın atacağı addımlar və bu ölkəyə hərbi yüklərin göndərilməsi məsələləri müzakirə edilir. Bundan əlavə, Türkiyənin rəsmi danışıqlar formatında olmamasına baxmayaraq Kremllə ciddi danısıqlar aparılır. Ankara Rusiyaya Ermənistan qoşunlarının çıxarılmasını və birgə sülhməramlı qüvvələrin yerləşdirilməsini təklif edir. Amma Rusiya və Ermənistan Türkiyə sülhməramlı qüvvələrinin yerləşdirilməsinin əleyhinədir". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloqun sözlərinə görə, Rusiya rəhbərliyi konkret olaraq Qarabağla məsələləri Lavrovun öhdəsinə buraxıb. S.Lavrov da Ermənistanın mövqeyindən çıxış edir. Ona görə də hələ ki, bu məsələ açıq qalır: "Moskvada hər iki nazirin görüşü Azərbaycan və Türkiyə əleyhinədir. Elə bir sistem formalaşdırmağa çalışacaqlar ki, diplomatik danışıqlarda Türkiyə olmasın və Azərbaycana öz şərtlərini diktə etdirsinlər. Bundan əlavə, Paşinyan iqtidarının tam miqyasda Rusiyanın orbitinə qaytarılması tələb edilir. Bu məsələlər Lavrova tapşırılıb. Əgər Paşinyan Moskvanın tələblərini qəbul etməsə, Azərbaycan atəşkəsə baxmayaraq Ermənistanın hücumlarının qarşısını almaq üçün digər rayonların azad edilməsi əməliyyatına başlamasına Rusiya seyrçi qalacaq. Əgər Azərbaycan Ağdərə, Zəngilan və tam şəkildə bütün rayon kəndləri əhatə olunmaqla Füzuli və Agdamı azad edərsə, Ermənistan kapitulyasiya sülhünə gəlməsə də, Azərbaycanın şərtləri ilə barışacaq. Çox ciddi danışıqlar gedir. Moskva tam cəhdlə sülhməramlı qüvvələri Xankəndiyə yerləşdirməyə çalışır. Z.Mnatsakanyan və Lavrov Putinə təsir etməyə çalışır. Amma Putin Ankara və Bakı ilə əlaqələri korlamağa getməyəcək. Hazırda Rusiyanın Azərbaycana qarşı müəyyən diplomatik müstəvidə təzyiqləri davam edir. Azərbaycanın şərtlərini qəbul edilməməsinə çalışır. Azərbaycan hazırda hərbi qələbəsini diplomatik danışıqlara tam keçirə bilmir. Azərbaycan çalışır ki, Minsk qrupu çərçivəsində deyil, Ankara-Moskva və Bakı arasında aparılsın. Bunu Prezident İlham Əliyev də müsahibəsində qeyd edib. Hələ ki, bu formatın rəsmiləşdirilməsi alınmır. Əsas maneə S. Lavrovdur. Azərbaycan bir neçə gündən sonra Rusiya və Ermənistandan müsbət nəticələr gəlməsə, hücum əməliyyatlarına başlaya bilər. İlk növbədə, artıq Türkiyə ilə hərbi müttəfiq müqaviləsi bağlamalıdır. Türkiyə bazası ilk növbədə Gəncə-Basar bölgəsində yerləşdirilməlidir. Hazırda Türkiyə faktoru Azərbaycana qarşı ciddi təzyiqlərin qarışısını alır. Həmçinin, Qarabağda üçüncü ölkələrin hərbçilərinin iştirakına sədd çəkib".
sia.az