Siyasət

  • 11 840

Azərbaycan tarixi ədaləti bərpa edir - MƏQALƏ

image

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz çıxışlarında, o cümlədən tarixçi alimlərlə olan görüşlərində həmişə Azərbaycanın son ikiyüzillik tarixinin yenidən tədqiq olunmasını, tarixin olduğu kimi araşdırılması, dərk olunması və gələcək nəsillərə düzgün çatdırılmasının zəruri olduğunu xüsusi olaraq vurğulamışdır. Ulu öndərin erməni vandallarının Azərbaycan xalqına qarşı törətdikləri qətliyamlar, soyqırımlar, deportasiyalar barədə imzaladığı dövlət sənədləri, dövlətçilik tariximizə, görkəmli tarixi şəxsiyyətlərimizə verdiyi yüksək qiymət nəhayət ki, tariximizin öyrənilməsini düzgün istiqamətə yönəltdi. XIX əsrin əvvəllərində Gülüstanda və Türkmənçayda xalqın iradəsinə məhəl qoyulmadan Azərbaycan ikiyə bölündü-bununla da tariximizin amansızcasına təhrif olunması və saxtalaşdırılmasına start verildi. Azərbaycan xalqına tam saxta bir tarix sırınmış, o öz torpaqlarının aborigen əhalisi deyil, kənardan gəlmə “köçəri” və “yırtıcı” bir etnos kimi qələmə verilmiş, çar Rusiyasının Azərbaycan torpaqlarına köçürüb gətirdiyi ermənilər isə Qarabağın, Naxçıvanın, İrəvanın aborigen - “ən qədim yerli əhalisi” kimi qələmə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin çağırışları, tövsiyə və tapşırıqları ilə son illər Qarabağın, Naxçıvanın, İrəvan xanlığının, xalqımıza qarşı soyqırımlarının, itirilmiş torpaqlarımızın tarixinə dair qiymətli əsərlər, ilk mənbələr nəşr olundu, xarici ölkələrdən minlərlə qiymətli sənədlər gətirildi və arxiv sənədləri topluları nəşr olundu-aparılan elmi tədqiqat işlərinin genişləndirilməsi nəticəsində indi Azərbaycan informasiya müharibəsində daha əvvllər olduğu kimi ermənilərə uduzmur.Münaqişənin həllinin ləngiməsinin səbəblərindən biri də son illərdə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətlə bağlı beynəlxalq hüququn tətbiq edilmə funksiyasının xeyli zəifləməsi olmuşdur-təəssüflə qeyd edilməlidir ki, bu gün böyük dövlətlər beynəlxalq aləmdə yaşanan problemləri artıq özləri tərəfindən yaradılan və sistemləşdirilən, fəaliyyətdə olan beynəlxalq hüquq norma və prinsipləri ilə deyil, güc tətbiq edərək həll etməyə çalışırlar. Dünyada gedən proseslərə nəzarət edən super dövlətlər kiçik dövlətlərdən heç bir şərt irəli sürmədən beynəlxalq hüquqa riayət etmələrini tələb edirlər. Böyük dövlətlər qlobal miqyasda iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinə müdaxilə etmək şanslarına, informasiya yaymaq və yaxud onu əldə etmək imkanlarına, milli mənafelərinin qorunması üçün iqtisadi, siyasi və hərbi mexanizmlərə sahib olmaq və s. bu kimi bir sıra üstünlüklərə malikdirlər. Ancaq süni şəkildə həmin dövlətlərin yaratdıqları bu üstünlüklər bu gün böyük dövlətlərə ayrı-ayrı bölgələrdə və bütövlükdə beynəlxalq aləmdə yaşanan problemlərin həll edilməsinə ədalətsiz yanaşmağa haqq vermir. Güc yalnız ədalətli olduqda qəbul edilə bilər və yalnız bu vaxt o özünü doğruldur. Ədalətsiz güc isə münasibətləri gərginləşdirir, düşmən qazandırır, qarşılıqlı inamın yox olmasına səbəb olur. Son günlər Qarabağ ətrafında baş verən hadisələrlə bağlı böyük dövlətlərin ədalətsiz mövqeyi, riyakar yanaşmaları narahatlıq doğurur. Azərbaycanın sentyabrın 27-dən başlanan müasir tarixi ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan ordusu tərəfindən yazılır və bizə qarşı olan ədalətsiz münasibətlərə tutarlı cavablar verilir. “30 il bizə verilən vədlər, deyilən sözlər həyatda reallaşmır, gerçəkləşmir. Azərbaycan xalqı, Azərbaycan dövləti buna dözmür”-indi öz taleyimizi özümüz müəyyənləşdiririk.XX əsrin 90-cı ilərindən başlayaraq ikiqütblü dünyanın süqutundan sonra ABŞ başda olmaqla bəzi güclü dövlətlər beynəlxalq münasibətlər sistemində sahib olduqları imkanlardan mütəmadi olaraq ədalətsiz şəkildə istifadə etdiklərinin şahidi oluruq-bu bütün sahələrdə, xüsusən də enerji və təhlükəsizlik məsələlərində daha çox özünü göstərir. Enerji tələbatının qarşılanması və qlobal təhlükəsizlik mühitinin təmin edilməsini bəhanə gətirən böyük dövlətlər kiçik dövlətləri süqut etdirməyə və ya yox etməyə çalışırlar, həmin dövlətlərlə istədikləri kimi rəftar edirlər-onlar öz üstünlüklərindən sui-istifadə etməməlidirlər. Bu böyük dövlətlərin özləri tərəfindən yaradılan beynəlxalq hüququn norma və prinsiplərində ehtiva edilmişdir. Böyük dövlətlərin özlərinin milli maraqları təhlükə qarşısında qaldığı zaman digər dövlətlərlə beynəlxalq hüquq norma və prinsiplərini nəzərə almadan istədikləri kimi rəftar edirlər-digər dövlətlərin milli maraqları onları narahat etmir, əksinə, onlar bu dövlətlərin qarşılaşdıqları problemlərdən təzyiq vasitəsi kimi istifadə edirlər.

Azərbaycan müstəqilliyini elan etdiyi vaxtdan torpaqlarının təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir - problemi həll etmək üçün ATƏT-in Minsk qrupu fəaliyyət göstərsə də, həmsədr dövlətlərin vasitəçilik missiyası hələ də ciddi nəticə verməmişdir-həmsədr dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərini diqqətə almaması bu uğursuzluğun səbəblərindən biridir. BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi dörd qətnamə hələ də kağız üzərində qalmaqdadır. Ermənistan bölgədə beynəlxalq təhlükəsizliyi təhdid etdiyi üçün ona qarşı heç bir iqtisadi və siyasi sanksiya tətbiq edilmir. Qəribədir, Şimalı Kipr 40 ildən artıqdır iqtisadi və siyasi sanksiyalara məruz qalsa da, qondarma DQR rejiminə ABŞ hökuməti hər il milyonlarla dollar yardım edir. Azərbaycanın haqlı olduğu məsələdə isə etirazları dünya tərəfindən diqqətə alınmır. ABŞ milli maraqları üçün təhdid gördüyü məsələlərdə dünyanın müxtəlif nöqtələrinə hərbi müdaxilə etsə də, torpaqları işğal edilən Azərbaycanın tələblərini görmür və yaxud, daha dəqiq görmək istəmir. ABŞ və digər həmsədr dövlətlər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün problemin beynəlxalq hüquq və Helsinki sənədinin norma və prinsipləri çərçivəsində həll edilməsinin vacibliyini vurğulayırlar-lakin bu dövlətlərin dedikləri norma və prinsiplərə əməl etmədiklərini açıq görünür. Bütün bu biganəlik Ermənistan rəhbərliyinin daha da azğınlaşmasına, problemin danışıqlar yolu ilə həllindən yayınmasına səbəb olur-bütün bunlar azmış kimi indiki erməni höküməti qıcıqlandırıcı davranışı, məntiqsiz çağırışları ilə münasibətləri daha da gərginləşdirir. “Mən dünyada azərbaycanlılar kimi qorxaq xalq tanımıram”-deyən Paşinyan böyük dövlətlərin dəstəyinə arxayın olaraq hər həftə Şuşada kef məclisi qurub yallı gedirdi. Oyuncaq respublikanın prezidentinin andiçmə mərasimini Şuşada keçirən erməni liderinin cilovunu çəkən olmadığından o artıq münaqişədən kənar bölgələrdə hərbi əməliyyatlar keçirməklə məsələni daha da mürəkkəbləşdirdi.BMT nizamnaməsinin 51-ci maddəsi dövlətlərə onlara qarşı edilən hər hansı hücum zamanı özlərini müdafiə etməyə və gücdən istifadə etməyə haqq verir-bu haqq üçün ani, gözlənilməz və qarşısıalınmaz bir vəziyyətin olması şərtdir. Bu cür təhlükənin qarşısının alınması üçün görülən tədbirlər məntiqli, olan təhlükə ilə eyni nisbətdə olmalıdır. Dövlətlər bu haqlarından istifadə etməzdən əvvəl Təhlükəsizlik Şurasına məlumat verməli və BMT nizamnaməsinin 41 və 42-ci maddəsinə uyğun olaraq müvəqqəti tədbirlər -
*diplomatik sanksiya;
*iqtisadi sanksiya;
*hərbi sanksiya-görməlidirlər.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı aniliyini və gözlənilməzliyini çoxdan itirmişdir, Azərbaycan artıq 30 ilə yaxındır ki, bu faktı mütəmadi olaraq beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların diqqətinə çatdırır, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana qarşı bu sanksiyaların tətbiq olunmasına çalışır. Amma böyük dövlətlərin köməyinə arxalanan Ermənistan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlayır. Vaxt keçir və heç bir nəticə əldə edilmədiyi üçün Azərbaycanın BMT-nin 51-ci maddəsini tətbiq etməyə tamamilə haqqı vardır. ATƏT-in Konstitusiyası kimi qəbul edilən Helsinki Yekun Aktının təməl prinsiplərində
*suveren bərabərlik və suverenliyə hörmət,
*gücdən istifadə və yaxud güclə təhdid etməkdən imtina,
*sərhədlərin bütünlüyü,
*dövlətlərin ərazi bütövlüyünün qorunması,
*problemlərin sülh yolu ilə həll edilməsi,
*daxili işlərə qarışmamaq,
*insan haqları və əsas azadlıqlara hörmət,
*xalqların bərabər hüquqlardan və yaxud müqəddəratını təyin etmə haqqından istifadə etməsi,
*dövlətlər arasında əməkdaşlıq,
*beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin yaxşı niyyətlə yerinə yetirilməsi dayanır.
Bunları əsas götürərək Azərbaycan:
*suveren bərabərliyini qorumağa çalışmış və digər dövlətlərin suverenliyinə hörmət edir, heç bir dövlətin torpağını işğal etməmişdir və belə fikri də yoxdur;
*torpaqlarının Ermənistanın işğalından azad edilməsi üçün uzun illər hərbi gücdən istifadə etməmiş və sülh danışıqlarna üstünlük vermişdir;
*beynəlxalq hüquqa istinad edərək sərhədlərinin bütünlüyünü təmin etməyə çalışmış və heç bir dövlətə qarşı ərazi iddiası yoxdur;
*beynəlxalq hüquq norma və prinsiplərinə uyğun mümkün olan bütün vasitələrlə ərazi bütövlüyünü təmin etməyə çalışmışdır;
*Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün beynəlxalq təşkilatlar nəzdində və birbaşa Ermənistan ilə müzakirələr aparılmışdır;
*heç bir dövlətin daxili işlərinə qarışmır və başqa dövlətlərin də öz daxili işlərinə qarışmasına icazə vermir;
*insan haqlarına hörmətlə yanaşır və tərəf olduğu müqavilələrə uyğun olaraq buna əməl edir;
*bu prinsipə əməl edir və erməni xalqının bir dəfə müqəddəratını təyin edərək Ermənistan dövlətini qurduğunu bildirir-xalqların bir dəfə müqəddəratını təyin etmək haqqı vardır və erməni xalqı bu haqqından istifadə etmişdir;
*bütün dövlətlərlə iqtisadi, siyasi və hərbi sahələrində əməkdaşlıq edir;
*beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirir və bu günə qədər bu məsələdə heç bir problem yaratmamışdır.
Son vaxtlar münaqişə ilə bağlı yazılarda hadisələrin təhlilinə ikili yanaşma müşahidə olunur: kimlərsə münaqişənin yaranmasının səbəbi kimi müstəqilliyin ilk illərində hakimiyyətdə olan “demokratların” səriştəsizliyini qabartmağa cəhd edir, bəziləri isə indiki hakimiyyəti münaqişəni həll etməyə qadir olmamaqda qınayırlar. Hər iki yanaşma tərəfdarları əsil səbəbkarla bağlı ümumi fikrə gəlməkdənsə, daha çox bir-birilərini günahlandırmaqla məşğuldurlar. Münaqişənin yaranmasının, onun həll edilməməsinin səbəblərinin axtarışı düzgün aparılmır, böyük dövlətlərin münaqişənin aradan qaldırılmamasındakı maraqları təhlil olunmur. Münaqişənin qalması həm də tərəfləri təsir altında saxlamaq vasitəsi kimi böyük dövlətlərin maraq dairəsindədir.Dağlıq Qarabağ problemi “erməni məsələsinin” tərkib hissəsidir... Ermənilər böyük dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək uğrunda apardıqları rəqabət mübarizəsinin gedişində çar Rusiyası tərəfindən İran və Osmanlı imperiyasına qarşı gələcək müharibələrdə istifadə olunmaq üçün vaxtilə bir alət olaraq Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına köçürülmüşdür. Azərbaycanın müqəddəratı üçün çox ağır nəticələr verən bu tarixi proses 14 may 1805-ci il tarixli Kürəkçay müqaviləsi ilə başlanır: Qarabağ xanlığının çar Rusiyasının tərkibinə keçdiyini təsdiqləyən bu müqavilə Rusiya imperiyası ilə Azərbaycan dövləti olan Qarabağ xanlığı arasında bağlanmışdır. Bu traktatda nə “erməni” sözü işlədilir, nə də “ermənilərdən” bəhs olunur-həmin müqavilə imzalanarkən Qarabağ xanlığının qədim yerli əhalisi Azərbaycan türkləri olmuşdur.Ümumiyyətlə, Türkmənçay müqaviləsinin bağlanmasına qədər Cənubi Qafqaz əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət idi-onların da içərisində Azərbaycan türkləri üstünlük təşkil etmişdir. Rusiya imperiyasının İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində yaratdıgı “Erməni vilayəti”nin tarixi, ayrı-ayrı dövrlərdə Osmanlı imperiyası və Qacarlar İranından Azərbaycan torpaqlarına köçürülmüş ermənilərin sayı, özünə “vətən” axtaran bu köçəri etnosun Şimali Azərbaycanda, o cümlədən keçmiş İrəvan və Qarabağ xanlıqlarının ərazilərində oturaqlaşdırılması, çar Rusiyası müstəmləkəçilərinin hərtərəfli yardımı ilə aborigen əhali olan Azərbaycan türklərinin sıxışdırılıb doğma torpaqlarından didərgin salınması, xalqımıza qarşı törədilən soyqırımları, deportasiyalar, min illərlə mövcud olmuş Azərbaycan toponimlərinin erməniləşdirilməsi, bu iyrənc və məqsədyönlü “siyasətin” bu gün Dağlıq Qarabağda da davam etdirilməsi məsələləri artıq çoxsaylı ilk mənbələr və elmi ədəbiyyatlar əsasında, ilk növbədə xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki təkzibolunmaz faktik materiallara istinad edilərək Dağlıq Qarabağın tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və bu diyarın Azərbaycan xalqına məxsus olması barədə tarixi həqiqəti təqdim edən yazılarda ətraflı araşdırılmışdır.Tarixçilər ermənilərin Şimali Azərbaycana 1828-ci ildən etibarən köçürülüb gətirilməsini sübut etmişlər, onlar “tarixin atası” Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis və digər dillərdəki ilk mənbələrə, elmi ədəbiyyatlara istinad edərək ermənilərin Asiya qitəsinin də yerli əhalisi olmadığını, onların Kiçik Asiyaya kimmerlərin təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiyini açıqlayırlar. Belə bir tarixi həqiqəti qeyd edək ki, erməni etnosu və onun dili, əlifbası ayrı-ayrı dövrlərdə frigiya, yunan, Suriya, İran mənşəli etnosların təsiri ilə və onların qarışığından yaranmışdır. Bu gün ermənilərin özlərinə aid etdiyi “mədəniyyət”, hətta “erməni” adının özü belə onların özlərinə-haylara aid deyil, oğurluqdur. Bu da bir inkarolunmaz tarixi həqiqətdir ki, Şimali Azərbaycana köçürüldükdən sonra ermənilər Azərbaycan xalqının da güclü mədəni təsirinə məruz qalmış, bu dəfə Azərbaycan mədəniyyətinin ayrı-ayrı nadir incilərini oğurlayıb “özəlləşdirməklə” məşğul olmuşlar-onlar bu iyrənc peşələrini indi də davam etdirirlər.Tarixçilər ermənilərin Cənubi Qafqaza köçürülüb gətirilmə etnos olduğunu sübut etmək üçün antropoloji və arxeoloji tədqiqatların nəticələrindən də geniş istufadə edirlər. İrəvan xanlığının ərazisində aparılan arxeoloji qazıntılar təsdiq edir ki, 180-200 il bundan əvvəl həmin torpaqlarda ermənilər yaşamamışlar. Ermənilər antropoloji tip olaraq da bu torpaqlara yad etnosdur-vaxtaşırı büruzə verən “erməni xəstəliyi” Aralıq dənizi boyu ölkələr üçün xarakterikdir, ümumiyyətlə, Qafqaz üçün yad bir xəstəlikdir-çoxsaylı ilk mənbələrə əsaslanaraq aparılan kompleks araşdırmalar bir daha sübut edir ki, ermənilərin Cənubi Qafqazın guya “aborigen etnosu olması”, “erməni tarixinin” qədim Urartu mədəniyyətinə pərçimlənməsi erməni saxtakarlarının heç bir elmi əsası olmayan uydurmasıdır.
Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bir çox məsələlərini nəzərə almağı zəruri edir. Ermənilərin təcavüzkarlıq siyasəti onların tarixinin mahiyyətindədir-beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər. “Erməni məsələsi”nin meydana gəlməsini təsadüfi hesab etmək olmaz-“erməni məsələsi” Şərq məsələsinin bir hissəsidir və əsas niyyət Türkiyəni daha asanlıqla istismar etməkdən ötrü onun mərkəzdənqaçma qüvvələrini gücləndirməyə, beləliklə, ölkəni zəiflətməyə çalışmaqdır. Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların “Böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsidir-ermənilər “ənənələrinə” sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. Ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə erməni separatçıları yenidən fəallaşdılar-bu dəfə sovet rəhbərliyinin silahlı erməni separatçılarını-terrorçularını himayə və müdafiə etdikləri daha tez aşkara çıxdı. DQMV ilə bağlı məxfi planı həyata keçirmək üçün M.S.Qorbaçov qarşısında ən qüdrətli maneə olan Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdı. 1987-ci ilin noyabrında Qorbaçovun müşaviri, akademik A.Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə Sovet rəhbərliyinə təklif verdiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümid etdiyini bildirdi. Əvvəllər gizli fəaliyyət göstərən erməni “Qarabağ Komitəsi”, onun DQMV-dəki separatçı-terrorçu təşkilatı “Krunk” (Durna) açıq fəaliyyətə keçdi, “Miatsum” (Birləşmə) hərəkatı formalaşdırıldı. Bu hərəkat Ermənistan, DQMV, Moskva rəhbərliyinə, SSRİ və dünya ermənilərinin potensialına arxalanırdı.Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi-İrəvanda və Stepanakertdə separatçılar və erməni millətçilərinin mitinqlər dalğası başladı. Fevralın 20-də DQMV Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət etdi. Bu fakt ermənilərin 1945-ci ilin noyabrı ilə müqayisədə taktikanı dəyişdirdiklərini göstərirdi. Onlar II Dünya müharibəsindən ötən dövr ərzində apardıqları intensiv təbliğat sayəsində və xarici ölkələrdəki güclü erməni diasporunun köməyi ilə dünya ictimaiyyətində Dağlıq Qarabağ barədə yanlış rəy yarada bilmişdilər. Bu dəfə iddialarını bağlı qapılar arxasından meydanlara çıxarmaq yolunu tutdular-Azərbaycanın o zamankı rəhbərliyi və geniş ictimaiyyəti isə erməni separatçılarının və onların müdafiəçilərinin yeni taktikası qarşısında hazırlıqsız idi. Fevralın 24-də Əsgəran rayonunda erməni separatçıları-terrorçuları tərəfindən iki azərbaycanlı gəncin qətlə yetirilməsi, 19 nəfərin yaralanması da ermənilərin planlarına qarşı düşünülmüş siyasi xətt hazırlanması ilə nəticələnmədi. Fevralın sonlarında Sumqayıtda ermənilər xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə əvvəlcədən hazırlanmış qəsdlər törətdilər. Tezliklə Sumqayıt hadisələrinin nə üçün törədildiyi aydın oldu:əvvəlcədən planlaşdırıldığı kimi, bu hadisədən Ermənistanda yaşayan azərbaycanlılara qarşı və DQMV-nin Azərbaycanın tərkibindən qoparılıb çıxarılması üçün istifadə edildi. Tarixdə azərbaycanlılara qarşı dəfələrlə təkrar olunmuş erməni vəhşilikləri və soyqırımları yenidən tüğyan etməyə başladı. Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sov. İKP MK və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı. “1988-1995-ci illərdə Azərbaycan SSR-in DQMV-nın sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdir-bu dəstək erməni separatçılarını daha da ruhlandırdı və onların təcavüzkarlığını daha da artırdı. Moskva DQMV Azərbaycan SSR-in tərkibindən çıxartmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də “Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar qəbul etdi-yaradılan Xüsusi İdarə Komitəsi Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. Lakin Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28- də Xüsusi İdarə Komitəsi ləğv edildi-onun əvəzində yeni bir qurum - Təşkilat Komitəsi yaradıldı. Ermənistan bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva bu kobud müdaxilə faktına da göz yumdu. Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi Azərbaycana qarşı daha dəhşətli bir cinayətə əl atdı. Əsas hədəf kimi Bakı seçildi. Sovet dövləti öz vətəndaşları qarşısındakı konstitusiya öhdəliyini pozaraq ən müasir texnika və silahlarla silahlanmış iri qoşun kontingenti yeritməklə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törətdi-qırğınının səri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib sovet rəhbərliyinin cinayət əməllərini qətiyyətlə ifşa edən Heydər Əliyev Azərbaycan xalqının bu ədalətli mübarizəsinin-Qurtuluş savaşının önünə keçdi.
1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Ermənilər 1991-ci ilin sentyabrında “Dağlıq Qarabağ Respublikası” adlanan oyuncaq qurumun yaradıldığını elan etmişdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etmiş, noyabr ayının 26-da isə DQMV-nın statusu ləğv olunmuşdur. 1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar.
Beynəlxalq qanunlar və hüquq normaları dünyanın müxtəlif yerlərində gedən proseslərə münasibətdə fərqli tətbiq edilir-burada ikili standart özünü daha qabarıq göstərir. Son dövrlərdə Ukraynada baş verən hadisələr uzun illərdən bəri daha aşağı sürətlə davam edən təhlükəli bir tendensiyanın yüksək nöqtəsi sayıla bilər. Məsələ həlledici məqama yaxınlaşanda super güclər öz maraqlarını açıq şəkildə ortaya qoyaraq, dünyada hegemonluq iddialarını irəli sürməkdən çəkinmirlər. Dünyanın hər yerində gedən ziddiyyətli proseslərin, çevrilişlərin, hakimiyyət dəyişikliklərinin, lokal müharibələrin, beynəlxalq çəkişmələrin kökündə dünya hegemonluğu uğrunda gedən mübarizə dayanır. Məsələyə bu kontekstdən yanaşanda onun mahiyyəti əsl qiymətini alır. Bu prosesdə hər bir subyektin yeri, oynadığı rolu, missiyası aşkar olur. Dünya proseslərində açıq şəkildə deyilməyən və gurultulu demokratiya frazeologiyası arxasında pərdələndirilən təkcə haqqında danışılan hegemonluq mübarizəsi və super dövlətlərin həqiqi maraqları deyildir. Dünyada müxtəlif xalqlara, onların qayğı və problemlərinə münasibətdə müşahidə olunan fərq müasir dünya durumunun reallığıdır. Nəq şey mövcud dünya durumu və onun çərçivəsində olan real münasibətlərlə müəyyənləşir. XX əsrin SSRİ-nin dağılması və dünya sosializm düşərgəsinin iflasa uğraması məqamında start götürmüş proseslərdən biri həmin imperiyanın konturlarının qorunub saxlanması, onun köhnə sərhədlərində yeni adda köhnə məzmunlu qurumun yaradılmasına hədəflənmiş proses idi. Dağılan Sovetlər İttifaqının müxtəlif yerlərində cüzi fərqlərlə eyni ssenari əsasında törədilmiş münaqişə ocaqları eyni məqsədə, konkret iradənin reallaşmasına xidmət edir. Son bir neçə illər ərzində keçmiş sovet respublikaları ərazisində təşəkkül tapmış dövlətlərdə baş verən hadisələr, onlara qarşı edilən təzyiqlər qeyd olunan prosesin - köhnə imperiya ərazilərində yeni qurumun formalaşdırılması prosesinin növbəti mərhələlərinin başlamasından xəbər verir. Postsovet dövlətlərinin oriyentasiyasın da müşahidə edilən dramatik gedişlər və onların üzləşdiyi problemlər müasir dünya durumunun başlıca məsələlərindəndir. Müstəqil dövlətlərin öz xarici siyasətlərində fərqli addım atmaq cəhdləri ciddi çaxnaşmalara səbəb olur və dünya nəhənglərinin siyasətində özünü kəskin şəkildə göstərir. Dünyanın müxtəlif yerlərində baş verən milli münaqişələrin hər birində olduğu kimi Cənubi Qafqazdakı münaqişələr də ilk növbədə təzyiq vasitəsi olaraq zaman-zaman qabardılır, daim təsir gücünə malik olmaq üçün gərginlikdə saxlanılır.
Azərbaycan-Ermənistan arasında açılmaz bir düyünə çevrilmiş Dağlıq Qarabağ münaqişəsi də öz kökləri ilə ümumdünya qarşıdurmasının bir elementi kimi lazım olan məqamlarda bu və ya digər cəhətdən hərəkətə gətirilir, onun barəsində qıcıqlandırıcı və avantürist ideyalar ortalığa atılır. Bir neçə il əvvəl Balkanlarda Kosova münaqişəsində atılan addımlar, hazırkı dövrdə Krım məsələsinin özünəməxsus şəkildə “həlli” müxtəlif maraqlı qüvvələrin Qarabağ problemini öz maraqlarına uyğun şəkildə həll etmək cəhdlərinin edilməsi ilə nəticələnir. Verilmiş bəyanatlar bir-birindən, onu edənlərin mənsubiyyətindən asılı olaraq fərqlənir və fərqli effektə hesablanmışdır. Ermənilər Qarabağı özlərinin yerinə yetirdikbri avantürist “xidmətlərinin” haqqı kimi qəbul etdiklərindən Krım ssenarisinin gedişi onlara məsələni tez müddətdə öz xeyirlərinə həll etmək ümidi verir. Onlar bu problemin onların istədikləri kimi həllinin müşküllüyünü başa düşürlər. Bunu erməni mətbuatının və onlara havadarlıq edənlərin nəşr etdikləri yazılardan da müşahidə etmək olar. Onların bu yolda itkiləri kifayət qədər böyükdür: faktik olaraq Ermənistana öz xəstə xülyasının və özgə siyasətinin girovuna çevrilməklə ictimai-iqtisadi həyatda itirdiklərini etıraf etmək çətindir. Belə vəziyyətdə onlara öz əhalisinin boş vədlər və yalançı vətənpərvərlik şüarları ilə başını aldatmaqdan başqa bir şey qalmır. Ermənistan əhalisinin bu yalanlara nə vaxta qədər inanacağı və ümid edəcəyi zaman məsələsidir.Rusiyanın bir sıra siyasi qüvvləri Qarabağ münaqişəsi ilə bağlı etdikləri avantürist bəyanatlar birmənalı qarşılanmır. Rusiyanın bu problemi bu və ya digər formada həll edərək münaqişəyə son qoyacağı inandırıcı deyildir-çünki bu münaqişənin xidmət etdiyi məqsədlər hələ çatılmaq məqamından çox uzaqdır. Təsadüfi deyildir ki, konkret məqsədlərə uyğun bir məqamda dondurulmuş Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ondan deyilən məqsəd üçün maksimum istifadə etməyə imkan verir. Postsovet məkanında törədilmiş regional münaqişə ocaqlarınnın mahiyyəti, gedişi, həlli perspektivləri, missiyası haqqmda danışarkən onların ümumi məqsədə istiqamətləndiyini müşahidə etməmək mümkün deyildir. Düzdür, bu münaqişələr çoxsaylı cəhətlərinə görə, üzərində törədildiyi səbəblərin müxtəlifliyinə görə bir-birindən fərqlənir. Onları birbşdirən ümumi cəhət isə qlobal bir tendensiyanın tərkib hissələri olması və münaqişə tərəflərinin qayğı və problemlərindən daha yüksəkdə dayanan fövqəlməqsədə xidmət etmələridir. Əks halda həmin münaqişələrin qarşıduran tərəflərin özləri formatında danışıqlar əsasında sona çatdırılması çoxdan mümkün olardı.Azərbaycan prezidentinin sentyabrın 27-də ermənilərin növbəti təxribatına kəskin reaksiyası bir çox dövlətlərin başçılarında şok effekti yaratdı-münaqişəni dinc yolla həll etməyə daha çox meylli olan Azərbaycana zəif tərəf kimi baxan qüvvələr Azərbaycan prezidentindən belə qətiyyətli addımı gözləmirdilər. Ermənuistanın baş nazirinin “Qarabağ Ermənistandır”-deməsi münaqişənin həlli prinsiplərini faktiki olaraq məhv etdi. “İki il əvvəl dövlət çevirilişi və Soros tərəfindən maliyyələşdirilmiş “inqilab” nəticəsində hakimiyyətə gəlmiş Erənistanın baş naziri öz avantürist çıxışları ilə danışıqların məğzini məhv etdi, danışılası heç bir şey qalmadı”-deyən prezident məsələnin həllinin hərb yolunun ermənilər tərəfindən reallaşdığını qeyd etmişdir.
Tarixdə hadisə və proseslərin tam başlanğıc vəziyyətə qayıtması qeyri-mümküridür-hegemonluq iddiaları və şansları nə qədər böyük olsa da, nə XIX-XX əsr imperiyalarına, nə də yalançı sosialist ideologiyası təsiri altında mövcud olmuş Sovetlər İttifaqına qayıtmaq real deyildir. Lakin bu günün reallığı kimi irəli sürülən sosial-iqtisadi, siyasi-hərbi qruplaşmalar və birliklər də çox hallarda nisbətən kiçik dövlətlərin hüquq və maraqlarının məhdudlaşmasına hesablanır. Düzdür, müasir dövrdə inteqrasiyalardan kənarda qalmaq olmaz. Dünyada gedən qloballaşma və bütövləşmə prosesi bu və ya digər dövlətin, milli cəmiyyətin iradəsindən asılı olmayaraq onları fakt qarşısında qoyur. Bu proseslər mütləqdir və ondan özünü təcridə cəhd etmək nəinki mümkün deyildir, həm də zərərlidir. Söhbət burada dövlətlərin, konkret olaraq isə postsovet dövlətlərinin həmin inteqrasiya prosesində sərbəst, milli maraqlara uyğun seçim imkanından, onun bu məsələdə, hüquqlarının təmin edilməsindən gedir. Hər hansı regional quruma daxil olunması digər bu tipli qurumlara münasibətdə çərçivələrin və məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur. Onlar isə həmişə konkret dövlətin maraqlarına uyğun gəlməyə də bilər. Digər tərəfdən, müasir dövrdə regional qurumlarda siyasi maraqların iqtisadi maraqları üstələməsi reallıqdır. Belə vəziyyətdə seçim imkanının məhdudlaşdırılması dövlətin özgə maraqların girovuna çevrilməsi təhlükəsini yaradır. Azərbaycanın bir müstəqil dövlət olaraq müasir dünyada üzləşdiyi çətinliklərdən biri də dini və milli mənsubiyyətə görə dövlətlərə qoyulan ayrı-seçkilikdən qaynaqlanır.
Qərb dövlətlərində və onların təmsil olunduğu beynəlxalq təşkilatlarda müsəlman-Şərq ölkələrinin problemlərinə münasibət birmənalı deyildir. İkili standartlar praktikası Qərb dövlətlərinin yeritdiyi siyasətin əsl mahiyyətini səciyyələndirən cəhətlərdən biridir. Postsovet dövlətlərinə münasibətdə beynəlxalq güclərin yeritdiyi siyasət gurultulu şüarlar və qondarma humanist çağırışlar altında apanlan siyasət onları düşünməyə məcbur edir. Onların bu və ya digər sosial-iqtisadi, siyasi-mədəni məkana daxil olub-olmamaq məsələsi üzərində dayanmağı, seçim edərkən bütün amilləri ölçüb-biçməyə sövq edir. Çox hallarda isə belə bir seçim imkanı çox ağır başa gəlir. Müxtəlif xarakterli təzyiqlər vəziyyətin nə qədər mürəkkəb olduğunu nümayiş etdirir. Müstəqilliyi qazanmaq çətin bir işdir, lakin bu müstəqilliyin qorunub saxlanması, müstəqil dövlətin özünü təsdiq edərək təhlükəsizliyini təmin etməsi bundan qat-qat çətin məsələdir. Bu problemlərin uğurla həll edilməsi və bu yeni müstəqil dövlətlərdə beynəlxalq hüquq normalarına uyğun münasibətlər sistemini qurmaq, hüquqlarının təmin edilməsinə nail olmaq üçün dünyada bu normalara hər yerdə hörmət edilməsi tələb olunur. Yalnız bütün dünyanın səyi ilə hamı üçün qəbul edilə bilən ümumdünya münasibətlər sisteminin formalaşmasına nail olmaq mümkündür. Cənubi Qafqazda ədalətin bərpasının başlıca şərti təcavüzkarın cilovlanması və onun hər gün törətdiyi cinayətlərin qarşısının alınmasıdır. Nə qədər ki, dünya Ermənistanın şıltaqlıqlarına dözür, ona bu və ya digər formada dəstək verir, problemin ədalətli həllindən söhbət gedə bilməzdi.
Biz müstəqilliyə ağrılı bir problemlə-ermənilərin Qarabağa olan əsassız iddiaları ilə qədəm qoyduq-otuz il ərzində müstəqil Azərbaycanın bir nömrəli problemi və vəzifəsi Ermənistanın əsassız ərazi iddiaları ilə bağlı yaranan münaqişəni beynəlxalq hüquq normalarına, BMT, ATƏT nizamnamələrinə, Helsinki Yekun aktı və Azərbaycan Konstitusiyasına və ən əsası insanlıq mənafeyinə uyğun həll edilməsi olmuşdur. Təəssüf ki, problemin tarixi köklərinin araşdırılması vasitəçilik missiyasını üzərinə götürən dövlətlər üçün də maraqlı olmamışdır. Hər bir etnosiyasi münaqişə kimi Qarabağ münaqişəsi də mürəkkəb və dolaşıq olub, Yer kürəsinin ən mühüm geosiyasi regionunu təhdid edən müdhiş effektə malikdir. Münaqişəni digərlərindən ayıran cəhət həmin münaqişənin şərhlərində yanlış təsəvvürlərin həddən çox olması və üst-üstə yığılmasıdır. Bu Sovet İttifaqı dövründə, Qarabağ münaqişəsinin ilkin mərhələsində bütün informasiyanın mərkəzi və yerli hakimiyyət tərəfindən nəzarətə alınması və təhrif edilməsi nəticəsində obyektiv, yoxlanılmış informasiyanın çatışmazlığı və bir çox müşahidəçi və tədqiqatçıların regionun tarixi və mədəni xüsusiyyətlərinə bələd olmaması kimi amillrlə bağlı olmuşdur. Münaqişənin başlanmasından xeyli vaxt keçməsinə, Sovet İttifaqının dağılmasına, Cənubi Qafqaz ölkələrinin müstəqillik əldə etməsinə, bölgəyə müşahidəçi və tədqiqatçıların gəlmək imkanlarının müqayisəedilməz dərəcədə artmasına baxmayaraq, bu münaqişədə bir çox məsələlər, xüsusən də, onun yaranmasına səbəb olan amillər hələ də mübahisəlidir və sonadək aydın deyildir. Münaqişənin hüquqi və siyasi aspektlərinin müzakirəsi ilə məşğul olan ekspertlər konfliktdə bir-birinə münasibətdə mənfi rəy və xoşagəlməz hisslər, düşmənçilik münasibətləri bəsləyən, neqativ stereotiplərlə yanaşan tərəflərin arasında qarşılıqlı anlaşmanın əldə edilməsində çətinliklərin mövcud olduğunu qeyd edirlər.
Münaqişə vəziyyətini yaradan amillərdən danışarkən qeyd etmək yerinə düşər ki, etnik qruplar və dövlətlər arasındakı müasir münaqişələr böyük tarixi hadisələrin mirasıdır. Bu baxımdan Qarabağ münaqişəsinin də genezisi bariz nümunə kimi götürülə bilər. Ümumiyyətlə, beynəlxalq münasibətlərin müasir real məntiqi tələb edir ki, iri dövlətlər regional münaqişələri vaxtında birgə səylə tənzimləməlidirlər, əks halda onun fəsadları təkcə münaqişə tərəflərinə deyil, regionun digər dövlətlərinə də təsirsiz ötüşməyəcəkdir. Ermənistanın təcavüzkarlıq siyasəti regionda inteqrasiya prosesinə, demokratikləşməyə mane olur və insan hüquqlarını pozur. Sovet İttifaqının süqutundan sonra Cənubi Qafqazda geosiyasi proseslərin intensivliyi ilə böyük dövlətlərin maraqlarının müəyyən məqamlarda kəsişməsi paralellik təşkil edir. Artıq dünyanın və regionun aparıcı dövlətləri həmin gerçəklikdən çıxış edərək Cənubi Qafqaz siyasətlərini tənzimləyirlər. Bunların fonunda region dövlətlərinin yeritdikləri daxili və xarici siyasətin aktuallığı daha da artır, o cümlədən Azərbaycanın bölgədəki mövqeyi daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Azərbaycan Cənubi Qafqazda iqtisadi və mədəni baxımdan potensial lider dövlətdir. Ölkəmizin xarici siyasəti son dərəcə düşünülmüş proqram üzərində qurulmuş və uzaq geostrateji perspektivlərin nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan Cənubi Qafqazda, bütövlükdə MDB və Avropa məkanında çox az sayda olan dövlətlərdən biridir ki, Rusiya, ABŞ, Türkiyə, İran və İsrail kimi maraqları toqquşan dövlətlərlə bərabər hüquqlu, qarşılıqlı hörmətə, praktiki əməkdaşlığa əsaslanan münasibətlər qurmağa nail olmuşdur. Azərbaycan regionda fəaliyyət göstərən geosiyasi güc mərkəzlərinin, demək olar ki, hamısı ilə dostluq və əməkdaşlıq prinsipləri üzərində qurulan münasibətlər yaratmaqla, eyni zamanda, Qərblə və o cümlədən ABŞ-la strateji əməkdaşlığa yönəldilmiş siyasi xətti uğurla davam etdirməkdədir. İri dövlətlərin və region ölkələrinin münaqişənin nizamlanmasına göstərdikləri cəhdlər o zaman konkret və rasional olur ki, münaqişə bilavasitə tərəflərin maraqlarından daha çox iri dövlətlərin və region ölkələrinin mənafelərinə ziyan vursun. Beynəlxalq təcrübə son vaxtlar sübut edir ki, mühüm siyasi münaqişələrin böyük dövlətlərin birgə səyi ilə həlli, eyni zamanda həmin ölkələr arasında kiçik ziddiyyətlərin də aradan götürülməsinə imkan yaradır. Bu baxımdan geostrateji regionda yerləşən Azərbaycan da Ermənistan tərəfindən təcavüzkarlıqdan yaxa qurtarmaq üçün iri dövlətlərin və region dövlətlərinin Qafqazda maraqlarının üst-üstə düşməsindən, münaqişənin həlli prosesinə regionda maraqların cəmləşməsindən, toqquşmasından məharətlə istifadə etməkdədir.Azərbaycana qarşı təcavüzkarlığını pərdələmək üçün Ermənistan həmişə münaqişənin kökləri barədə yanlış təsəvvür yaratmağa çalışır. Dağlıq Qarabağ münaqişəsinin kökləri dini, milli və etnik amillərlə bağlı deyildir, onu Azərbaycan cəmiyyətinin inkişafı törətməmişdir-bu münaqişənin əsas səbəbi Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları idi. Çar Rusiyasının Azərbaycanı işğal etdiyi dövrdən başlayaraq bu vaxta qədər Azərbaycanın ərazisi keçmiş mərkəzi orqanlar tərəfindən düşünülmüş şəkildə hissə-hissə parçalandı və zəngin təbii sərvətləri ilə birlikdə Ermənistana verildi-nəticədə, 1918-20-ci illərdə 114 min kv.km ərazisi olan Azərbaycanın torpaqları ədalətsizcəsinə parçalanmış, paylanaraq 86,6 min kv.km-ə endirildi. Antitürk, eləcə də, antiazərbaycan siyasəti Ermənistanın xarici siyasətinin rəsmi baş xəttinə və dövlət ideologiyasına çevrildi. Sovet hakimiyyəti illərində Ermənistanda yaşayan azərbaycanlıların məskunlaşdığı şəhər, qəsəbə və kəndlərin tarixi adları dəyişdirildi, məscidlər, qəbiristanlıqlar dağıdıldı və xəritədən silindi. Əsrin əvvəllərində əhalisinin yarıdan çoxu azərbaycanlılar olan Ermənistandan azərbaycanlıların bir hissəsi 1918-1920-ci illərdə, ikinci hissəsi 1948-1952-ci illərdə çıxarılan azərbaycanlıların sonuncu 250 min nəfəri 1988-ci ildə bir neçə gün ərzində Ermənistandan vəhşicəsinə qovuldu. Nəticədə Ermənistan vətəndaşlarının 99 faizi ermənilərdən ibarət olan vahid millətli respublikaya çevrildi. Bu baxımdan Ermənistanın hərəkətlərinə regional hadisə kimi baxıla bilməz-belə hərəkətlər bütün dünya birliyini düşündürməlidir. Ermənistanın öz təcavüzkarlığını “erməni xalqının öz müqəddəratını təyin etməsi hüququ” kimi qələmə verməsinin heç bir əsası yoxdur. Belə ki, erməni xalqı artıq müqəddəratını təyin edərək və hətta qonşu xalqların torpaqlarını zorla tutaraq Ermənistan adlı dövlət yaratmışdır. Beynəlxalq birliyin qəbul etdiyi sənədlər də Ermənistanın əsassız iddialarının əleyhinədir. ATƏT sənədlərində göstərilir ki, öz müqəddəratını təyin etmək məqsəd deyil, vasitə olmalıdır, xalqların kollektiv, dinc və demokratik yolla inkişafına xidmət etməlidir. Bu qarşıya qoyulmuş məqsədlə, xüsusən ayrılma ilə eyniləşdirilə bilməz. Öz müqəddəratını təyin etmək ayrılmaq demək deyildir. Öz müqəddəratını təyin etmək mütləq hüququ olmayıb, başqa xalqların da hüquqlarının tarazlaşdırılmasını nəzərdə tutmalıdır. Nəticədə öz müqəddəratını təyin etmək başqa xalqların hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Zorakılıq millətlərin öz müqəddəratını təyin etməsində yolverilməzdir. Xarici dövlətlər bu məsələdə bitərəf olmalıdırlar. Öz müqəddəratını təyin etmək istənilən dövlətin ərazi bütövlüyünün pozulmasına və separatçılığa gətirməməlidir. Ermənistanın Qarabağın dağlıq hissəsindəki ermənilərin hüquqlarının pozulması barədə böhtanlarının da əsası yoxdur. Çünki Azərbaycan xalqı daimi erməni xalqına böyük xeyirxahlıq göstərərək ona ən yaxşı şərait yaratdı, sonuncu tikə çörəyini onlarla böldü, onlara sığınacaq verdi. Onlar üçün erməni dilində radio, televiziya verilişləri, ali və orta məktəblər, mədəni-maarif müəssisələri açdı, qəzet və jurnallar, teatrlar yaratdı. Ən nəhayət, respublikada ən müxtəlif vəzifələrdə erməni xalqının nümayəndələri işləyirdilər və onlar Azərbaycanın tam bərabərhüquqlu vətəndaşları idilər. Dağlıq Qarabağın sosial-iqtisadi inkişafının geriliyi barədə mülahizələr də əsassızdır, çünki bu regionun inkişafı nəinki Azərbaycanın və keçmiş SSRİ-nin digər respublikalarının, hətta Ermənistanın özünün inkişafından da yüksək idi. Münaqişə yeni başlayarkən hətta erməni mütəxəssisləri də bunu etiraf edirdilər. Göründüyü kimi, münaqişə heç də ermənilərin iddia etdiyi kimi, milli, dini, etnik zəminli deyil, Dağlıq Qarabağ ermənilərinin Ermənistanın və millətçi, şovinist ermənilərin təhriki ilə Azərbaycan dövlətini parçalamağa yönəlmiş addımların məntiqi nəticəsidir. Eyni zamanda erməni müəlliflərinin qeyd etdiklərinin əksinə münaqişənin tarixi kökləri heç də bir neçə on il, yüz il əvvələ yox, daha qədimlərə gedib çatır.Ermənistan tərəfindən Azərbaycana elan olunan son müharibəni üç mərhələyə bölmək olar:
*Ermənistan tərəfindən müharibənin ideoloji, taktiki və strateji planlaşdırma mərhələsi, əlverişli mühitin formalaşması, həmçinin aparılacaq hərbi müdaxilə üçün maddi-maliyyə hazırlığın görülməsi (1984-1988 illər);
*erməni silahlı birləşmələrinin öz aqressiv planlarının həyata keçirilməsi, Ermənistanın bütün hərbi, iqtisadi və siyasi potensialının istifadəsi, Azərbaycan torpaqlarının zorla mənimsənilmə mərhələsi (1988-1994 illər);
*Ermənistan tərəfindən Azərbaycan torpaqlarının nəzarətdə saxlanılma mərhələsidir-bu dövrü səciyyələndirən əsas xüsusiyyətlərindən biri Ermənistanın Azərbaycanın bütün diplomatik cəhdlərini qeyri-konstruktiv istiqamətə istiqamətləndirməsidir.
“Nə sülh, nə də müharibə” vəziyyəti daimi ola bilməzdi-əslində, müharibə davam edirdi, lakin onun aktiv hərbi fazasında atəşkəs idi. Ermənistanın silahlı qüvvələrinin cəbhə bölgəsində atəşkəsi mütəmadi olaraq pozması hərbi əməliyyatların istənilən anda başlanmasının mümkünlüyünün göstəricisidir. 1992-ci ilin mart ayında yaradılmış və münaqişənin tənzimlənməsində vasitəçi missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu permanent atəşkəsdə israrlı olsa da Ermənistan həmin israrları davamlı olaraq qulaqardına vurmaqda davam edir. Münaqişənin nizama salınmasında ATƏT-in Minsk qrupunun nəticə baxımından öyünməyə haqqı yoxdur. ATƏT-in bəyan etdiyi mövqeyə görə, münaqişə tərəfləri özləri tənzimlənmə prosesində real addımlar atmalıdırlar, ATƏT isə istənilən razılaşmanı dəstəkləyəcəkdir. Qəribə məntiqdir-əgər münaqişə tərəfləri vasitəçi olmadan razılığa gəlmək iqtidarındadırsa, onda ümumiyyətlə, ATƏT-in Minsk qrupuna ehtiyac qalmazdı. ATƏT-in Minsk qrupunun bəzi məqamlarda ikili mövqeyi-məsələ ilə bağlı Bakıda və Yerevanda müxtəlif səpkili bəyanatlar səsləndirmələri də məsələnin həlli yolunda müəyyən gərginliyin yaranmasına səbəb olurdu.
Münaqişənin tənzimlənməsində maraqlı olduğunun görüntüsünü yaratmaq və növbəti dəfə beynəlxalq ictimai fikri aldatmaq məqsədi ilə Ermənistan tərəfinin görüşlərdə tutduğu ənənəvi qeyri-konstruktiv mövqeyi ucbatından problemin həllində real nəticə əldə olunmurdu. Ermənistan hakimiyyətinin ölkə daxilində avtoritar idarəetmə üsuluna, ölkə xaricində isə təcavüzkar siyasətinə beynəlxalq birlik göz yumur və bununla da cəzasızlıq rejiminin yaranmasına şərait yaradırdı. İstənilən halda cəzasızlıq rejimi işğalçını yeni-yeni cinayətlərə sövq edir. XX əsrdə Avropa iki dünya müharibəsinin timsalında bu həqiqətin dəhşətli fəsadlarını yaşamışdır. Məhz cəzasızlıq mühitindən qaynaqlanaraq Ermənistan rəhbərliyi hələ də keçən əsrin 80-ci illərinin ritorikasını xatırladan bəyanatlar verməkdə davam edir. İşğalçı dövlətin rəhbərlərinin mövqeyinə görə, Dağlıq Qarabağ heç bir halda Azərbaycanın tərkibində qala bilməz.Münaqişənin həllinin 3 variantı var idi: birinci iki variant dinc, sonuncu variant isə hərbi həll imkanlarını özündə ehtiva edir. Birinci variant- Ermənistan hakimiyyəti öz işğalçılıq siyasəti nəticəsində üzləşdiyi total və permanent böhran vəziyyətindən çıxmaq üçün siyasi iradə nümayiş etdirərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret konstruktiv addımlar ata bilər. Nəticədə danışıqlar prosesində keyfiyyətcə yeni mərhələnin əsası qoyular və qarşılıqlı kompromislər əsasında münaqişənin həlli prosesi həyata keçirilər-Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək idarəetmə statusu verilə bilər. Ermənistan hökuməti konfliktin həlli naminə siyasi iradə nümayiş etdirmək iqtidarında deyildir, çünki bu rejimin müvafiq addımları atmaq üçün ciddi sosial bazası yoxdur. Xalqı səfalət, işsizlik və aclıq həddində yaşayan dövlətin iqtidarının bu vəziyyətdə totalitar-terrorçu idarə metodlarına üstünlük verməsi siyasəti anlaşılandır. Bu siyasətin mühüm həlqələrindən birini də ölkədaxili ictimai fikri öz üzücü gündəlik problemlərindən yayındırmaq və onu kənar istiqamətlərə yönəltmək təşkil edir. Belə hallarda cəbhə bölgəsində atəşkəs rejimini kobud şəkildə pozmaqla Azərbaycan tərəfini daha ciddi adekvat addımlar atmağa təhrik etmək və nəticədə ölkədaxili deyil, ölkəxarici problemlərin prioritetliyini qabartmaq hakimiyyətin mövcudluğunu qoruyub saxlamağın Ermənistanda dəfələrlə sınaqdan çıxarılmış üsuludur. İkinci variant - Ermənistan dövləti beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupu tərəfindən sülhə məcbur edilə bilər. Regionda sülh və sabitlik naminə, xüsusilə də daşıyıcısı olduqları milli maraqlardan çıxış edərək, həmsədrlər - ABŞ, Rusiya və Fransa Ermənistana müəllifi olduqları yeniləşmiş Madrid prinsiplərini qəbul etdirə bilərlər. Xüsusilə, bu istiqamətdə Rusiyanın imkan və potensialı daha böyükdür. Hələ ki, bu baş vermir. Bu heç də o demək deyildir ki, həmin güclər Ermənistanın müqavimət potensialını qıra bilmirlər. Əsla yox, sadəcə bu və ya digər səbəblərdən bunu etmirlər. Başqa sözlə, bunu etməli olan dövlətlər üçün hələ ki, Dağlıq Qarabağ probleminin həlli beynəlxalq gündəliyin prioritet məsələsinə çevrilməmişdir.Üçüncü variant - birinci və ikinci variantlar heç bir halda nəticə verməyəcəyi təqdirdə müharibə variantı qaçılmaz ola bilər. BMT TŞ-nın münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməsi (822, 853,874, 884-1993-cü ildə qəbul olunmuşdur), təşkilatın nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı 51-ci maddəsi, qurumun qəbul etdiyi qərarlarının yerinə yetirilməsinin icbari xarakter daşıması haqqında 25-ci maddəsi, habelə AŞPA, İKT və Avropa Parlamentinin Ermənistanı işğalçı dövlət elan etməsi kimi məlum hüquqi arqumentlər Azərbaycana öz ərazi bütövlüyünü təmin etməsi məqsədilə istənilən təsir mexanizmlərini, o cümlədən hərbi tənzimləmə variantını işə salmaq səlahiyyəti verir.Münaqişəyə yanaşmalarda onun səbəbi kimi ya Dağlıq Qarabağda yaşayan erməni azlığına münasibətdə onu əhatə edən azərbaycanlı çoxluğun həyata keçirdiyi “sosial, mədəni, iqtisadi, yaxud siyasi ayrıseçkiliyin olmasında”, ya da “ermənilər və azərbaycanlılar arasındakı əsrlərlə yaşayan düşmənçilik”, “bir araya gəlməsi mümkün olmayan etnik və dini identikliklər”, yaxud da bu amillərin bəzi kombinasiyalarını göstərirlər. Erməni-azərbaycanlı münaqişəsinin yaranmasının səbəblərini bir sıra amillərlə izah etmək olar: onların arasında əsrlər boyu davam edən “antaqonist identikliklərin” mübarizəsi, erməni diasporunun xarici dəstəyi, keçmiş SSRİ-də Qarabağın erməni əhalisinə öz narazılığını və şikayətlərini ifadə etməyə imkan yaradan mərkəzin ermənipərəst qüvvələrini və s. göstərmək olar. Münaqişəni törədən ermənilərin etnosiyasi səfərbərliyi onların qrupdaxili birlik səviyyəsinin çox yüksək olması ilə izah edilir. Lakin öz-özlüyündə qrupdaxili birlik səviyyəsinin çox yüksək olması, qrupun sosial və yaxud da siyasi səfərbərliyinin təmin edilməsi üçün kifayətedici şərt ola bilməz. Dağlıq Qarabağ erməni əhalisinin şikayət və narazılığının əsasında hansı səbəblərin dayandığı naməlum qalır. SSRİ-nin digər regionları ilə müqayisədə heç də pis iqtisadi rifaha malik olmayan, həmçinin, mədəni-siyasi muxtariyyətə malik olan erməni azlığına qarşı kəskin sosial, mədəni, yaxud hətta siyasi ayrı-seçkiliyin mövcudluğunu təsdiq etmək olmaz. Bu münaqişə “əsrlər boyu davam edən düşmənçiliyin” törəməsi deyildir: ermənilər və azərbaycanlılar mədəniyyət baxımından ümumi cəhətlərə malikdirlər, bir-biri ilə yanaşı yaşamışlar və XIX əsrin sonlarına qədər bir-biri ilə vuruşmamışlar. Lakin əgər bu səbəb sosial-iqtisadi amillər və erməni azlığına münasibətdə kəskin ayrı-seçkilik də deyilsə, bəlkə, onda münaqişənin qızışdırılmasında mərkəzin-“Moskvanın əli” var. Bununla belə, keçmiş Yuqoslaviyada etnik münaqişəyə rəvac verilməsində günahkar olan Belqrad hakim kommunist hökumətindən fərqli olaraq, Moskvadakı mərkəzi hökuməti bəhs edilən dövrdə analoji siyasətin həyata keçirilməsində çətin ki, ittiham etmək olsun. Beləliklə, Qarabağ ermənilərinin bu qədər yüksək etnosiyasi səfərbərliyini nəyin şərtləndirdiyi yenə də kölgədə qalır. Qarşımızda yenə də müəmmalı sual yaranır: “İrəvanın və Stepanakertin küçələrinə on minlərlə ermənini çıxaran nə idi?”. Əlbəttə, mitinqlər, xüsusilə də başlanğıc mərhələdə olanlar son bir neçə il ərzində fəallaşan gizli, yaxud da yarıgizli erməni millətçi təşkilatları tərəfindən təşkil olunmuşdur . Bununla yanaşı, gizli, yaxud da yarıgizli təşkilatlar həmin dövrdə əhalinin bu qədər qısa müddət ərzində bu dərəcədə intensiv səfərbər edilməsi üçün zəruri olan güclü təşkilati, inzibati və ya informasiya imkanlarına o qədər də malik ola bilməzdi. Başqa varianta əsasən bu nümayişlər köhnə siyasi elitanın başı üzərində duran, yenidənqurma siyasəti nəticəsində öz hakimiyyətini itirmək qorxusu ilə yaşayan erməni hakimiyyəti, o cümlədən DTK tərəfindən təşkil olunmuşdur. Belə olan halda, əlbəttə ki, daha geniş olan təşkilati, inzibati və ya maliyyə resursları hərəkətə gətirilə bilərdi. Lakin hətta respublika rəhbərliyinin bu “incə” oyunu variantını qəbul etsək belə, yenə də bir məsələ qeyri-müəyyən qalacaqdır: xalqın hansı “simlərinə” toxunmaq lazım idi ki, bu cür kütləvi nümayişlər baş verə bilsin?! Hadisələrin başlanğıcında, 1988-ci ilin noyabrın 30-da Ermənistanda azərbaycanlılara qarşı törədilən qırğınlar vaxtı Bakı şəhər komendantı general Tiqinovun köməyi ilə ermənilərin ən çox vəhşilik törətdiyi Quqark rayonunda olarkən rayon partiya komitəsinə rəhbərlik edən Baqdasaryanın dediyi “Mən Bakıda partiya məktəbində oxumuşam, çoxlu azərbaycanlı dostlarım var, ancaq məsələ ondadır ki, Moskva suyu bulandırıb və bizi məcbur edir ki, bulanmış çaydan balıq tutaq”-fikir hadisələrin sürətlə yüksəlişinə daha hansı qüvvələrin maraqlı olması haqqında fərziyyələr doğurur.
Münaqişədə olan tərəflərin bir-birinin keçmişinə dair fərqli tarixi təsəvvürləri, nifrətin uzun illər rəsmi təbliği, mif yaradıcılığı və s. məsələləri də nəzərə almaq vacibdir. Digər münaqişələrlə müqayisədə bu münaqişə ona görə labüd idi ki, onun kökləri iki tərəfin kommunist sisteminin mövcudluğunun son dövrlərindəki qarşılıqlı münasibətlərinin daxili strukturuna gedib çıxırdı. Tarixin bir-birindən fərqli şərhlərinin milli variantları, mübahisəli ərazi sərhədləri, təhlükəsizliyin qeyri-sabit sistemi və tərəflər arasında dialoqun olmaması həmin münasibətlərin təməlində çatların yaranmasına səbəb oldu və bu çatlar ilkin gərginliklərin başlaması ilə Ermənistan və Azərbaycan arasında dibsiz uçuruma çevrildi. Məhz problemin yeniliyi və dərinliyi səbəbindən onun aradan qaldırılmasına imkan yaradan bir mexanizm mövcud deyildir və yaxud da indiyə qədər hələ tapılmamışdır. Biz minlərlə azərbaycanlı və erməninin fəaliyyətinin tarix, identiklik və hüquqlara dair ideyalarla qızışdırılmış olduğunu etiraf etməklə Dağlıq Qarabağda baş verən münaqişənin mənasını aydınlaşdıra bilərik. Bu ideyaların əhəmiyyətli dərəcədə təhlükəli və illüziyalı olması heç də o demək deyil ki, insanlar buna tam səmimiyyətlə inanmırdılar. Bunlar Sovet İttifaqının sonunda mövcud olan ideoloji vakuum şəraitində çiçəklənmiş və müharibə zamanı yeni təkan almışdır. Bu baxışların ən tutqun təzahürləri çox dərin köklər atan “nifrət haqqında povestlər” olmuşdur və nə qədər ki, onlar mövcuddur, Ermənistan və Azərbaycanda nəyinsə dəyişməsinə ümid etmək olmaz.Sovetlər imperiyasının məngənəsindən qopub ayrılmış postsovet dövlətləri mövcud olduqları dövr ərzində müxtəlif mərhələlərdən keçmiş, çoxsaylı maneələrlə üzləşmişlər. Hər bir dövlət beynəlxalq aləmdə özünün tutduğu yola və yeritdiyi siyasətə müvafiq yerini qazanmışdır. Həmin məkanda XX əsrin 80-ci illərindən SSRİ-nin dağılması ilə başlanmış dramatik proseslər təhlükəli məqamlarından birinə daxil olmuşdur. Əgər XX əsrin 80-90-cı illərində parçalanma prosesləri üstünlük təşkil edirdisə, yeni əsrin əvvəllərindən etibarən itirilmişlərin bir ueqə toplanması cəhdləri daha çox müşahidə edilməkdədir. Parçalanma dövrünün böhranından çıxmağa başlayan və keçid dövrünün problemlərini dəf edən Rusiyanın bir sıra qüvvələri keçmiş məkanda itirilmiş nüfuzunu bərpa etmək məqsədi ilə yeni iddialarla çıxış edir. Zaman sübut edir ki, əslində bu iddialardan heç vaxt imtina edilməmişdir, hələ qarışıqlıq dövründə yaradılmış münaqişə ocaqları, süni problemlər hazırkı dövrün məqsədlərinə hədəflənmişdir. Mövcud münaqişələrin və ziddiyyətlərin həll edilməməsinin səbəblərini də bu məsələlərdə axtarmaq lazımdır. Müasir dövrdə Azərbaycanın ən böyük problemi olan Qarabağın işğalı və onun aradan qaldrınlmasında qarşıya çlxan problemlərin həlli daim diqqət mərkəzində olmasına baxmayaraq, hələ də ciddi irəliləyişə nail olmaq mümkün olmamışdır. Məsələnin mürəkkəbliyi və bu cür labirintə düşməsi onun gözə görünən və ilk baxışda əsas səbəb hesab edilən cəhətlərinin çətinliyində deyildir-doğrudur, onlar heç də az əhəmiyyət kəsb etmir və onların həlli problemlərin bütövlükdə həlli üçün zəruridir. Məsələ ondadır ki, region dövlətlərinin həyatında ciddi problemlər mənbəyi olan Qarabağ münaqişəsi törədildiyi gündən konkret məqsədlərlə bağlı olmuşdur. Bu gün o problemlər nəinki həll edilməmiş, hətta bir qədər də dərinləşmiş və mürəkkəbbşmişdir. Problemin başlıca hərəkətverici qüvvəsi münaqişə tərəflərinin bilavasitə mənafeyinə zidd məsələlərlə bağlılığı siyasətdən başı çıxanlar üçün çoxdan sirr deyildir. Eyni zamanda Qarabağ problemi region dövlətlərinin, xüsusən Azərbaycanın ümumi problemlərinin ayrılmaz tərkib hissəsidir. Onun dərk edilməsi yalnız həmin problemə ümumi kontekstdən yanaşılması nəticəsində mümkündür. Müstəqilliyini əldə etdiyi vaxtda müasir dövrə kimi Azərbaycan ictimai həyatın bütün sahələrində əsaslı dəyişikliklərə nail olmuş, həm daxildə, həm də beynəlxalq aləmdə özünü təsdiq edərək, kifayət qədər nüfuzlu və qəbul olunan bir dövlət imicində öz yerini tutmuşdur.Müstəqilliyin ilk illərində ciddi təhlükələrlə üzləşməli olan Azərbaycan Respublikası Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bütün maneələri dəf edərək əsaslı quruculuq işlərini reallaşdıra bilmişdir. Ölkəyə edilən təcavüzün dərinləşməsinin dayandınlmasından tutmuş, daxildə sabitliyin təmin edilməsi, stabil fəaliyyət göstərə bilən hakimiyyətin formalaşdırılması, iqtisadi inkişafın geriləməsinin qarşısının alınması, yeni şəraitdə bu inkişafın genişlənməsi üçün şəraitin təmin edilməsi, vətəndaş qarşıdurmasının aradan qaldırılması, xarici iqtisadi əlaqələrin qurulması, beynəlxalq layihələrin reallaşdırılmağa başlanmasına qədər aparılan işlər əvvəlkindən xeyli fərqli bir Azərbaycanın yaranmasına və dünyada tanınmasına səbəb oldu. Azərbaycan dünyada öz sözü, öz maraqları, öz yeni və əvəzolunmaz xidmətləri olan bir dövlətə çevrilir. Avropanın və dünyanın eneıji təhlükəsizliyinin təmin edilməsində əvəzsiz rolu olan Azərbaycan regionun və dünyanın sayılan aktorlarından birinə çevirilir. Bütün bu məsələlər onun dünyada nüfuzunun artması, səsinin daha aydın eşidilməsi, maraqlarının tanınması ilə yanaşı rəqiblərinin də aktivləşməsinə gətirib çıxarır. Xüsusilə onun ərazilərinin bir hissəsinin işğal olunmasına münasibətdə nümayiş etdirilən qərəzli mövqe, təcavüzkarın hərəkətlərinə göz yumulması, onun açıq-aşkar və ya pərdələnmiş şəkildə müdafiə edilməsi məsələnin mürəkkəbliyindən xəbər verir. Belə olan tərzdə Azərbaycan üzləşdiyi münaqişəni həll etməyin çıxış yolunu özü müəyyənləşdirməli oldu və öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə başladı. ”Biz bu gün xalqımızın və dövlətimizin yeni şanlı tarixini yazırıq, tarixi ədaləti bərpa edirik” .

Yaşar Əhmədov
Fəlsəfə üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
“İctimai fənlər” kafedrasının dosenti

sia.az

Digər xəbərlər