PDF Oxu

Siyasət

  • 1 415

“Görüş ictimai diplomatiyanın yeni mərhələsinə keçid kimi dəyərləndirilə bilər” - MÜNASİBƏT BİLDİRİLDİ

image

“21–22 oktyabr tarixlərində İrəvanda keçirilən Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk ikitərəfli dəyirmi masası Vaşinqtonda 8 avqust 2025-ci ildə imzalanmış Birgə Bəyanatın ruhuna uyğun olaraq regionda sülh təşəbbüslərinin sosial bazasını formalaşdırmaq istiqamətində əhəmiyyətli addımdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.Deputat bildirib ki, bu görüş dövlət strukturlarının dəstəyi ilə reallaşdığı üçün onu sırf QHT təşəbbüsü deyil, rəsmi sülh gündəminin ictimai təbəqəyə transferi kimi qiymətləndirmək olar: “Belə dialoqlar siyasi danışıqlarla paralel olaraq qarşılıqlı etimadın və informasiya şəffaflığının artmasına xidmət edir.Müzakirələrdə humanitar əlaqələr, iqtisadi və logistika imkanları, eləcə də etimadın bərpası üçün konkret addımlar önə çıxıb. Bu, Azərbaycanın “praktik sülh” konsepsiyasına – yəni kommunikasiya, ticarət və humanitar sahələrdə əməkdaşlıq vasitəsilə sabitliyin möhkəmləndirilməsinə uyğundur. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş isə göstərir ki, İrəvan tərəfi də bu formatı siyasi səviyyədə tanımağa meyllidir. Ümumilikdə, İrəvanda keçirilən bu görüş regionda post-münaqişə mərhələsində ictimai diplomatiyanın yeni mərhələsinə keçid kimi dəyərləndirilə bilər. Azərbaycanın məqsədi dövlətlərarası sülh müqaviləsinin ictimai təməlini gücləndirmək və uzunmüddətli sabitliyi təmin edən reallığa əsaslanan əməkdaşlıq mühiti formalaşdırmaqdır”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər