Siyasət

  • 8 915

Cəsarət Hüseynzadə: “Ermənistan dövlətinin gələcəyi sual altındadır” RƏY-ÖZƏL

image

“44 günlük Böyük Vətən müharibəsi Azərbaycan dövlətinin, ordusunun real gücünü bütün dünyaya göstərdi. Eyni zamanda, mənfur qonşularımız ermənilərə göstərdi ki, Azərbaycan regionun ən güclü dövlətidir ordusuna görə, dünya hərbiçiləri sırasında 50 yerdə olan bir orduya malikdir”. Bunu SİA-ya açıqlamasında QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.Onun sözlərinə görə, müharibənin yekunları Azərbaycanın diplomatik üstünlüyünü xeyli artırdı: “Nəticə olaraq, hazırda ermənilər elə bir vəziyyətdədirlər ki, Yeravanda, həm də Ermənistanın digər regionunda çaxnaşma yaranıb. Artıq Ermənistan dövlətinin gələcəyi sual altındadır. 10 noyabr razılaşmasına əsasən işğal olunmuş Azərbaycan ərazilərindən erməni hərbi birləşmələri və o cümlədən qeyri-qanuni şəkildə məskunlaşmış mülki əhali çıxarılmalıdır. Belə olan şəraitdə artıq ermənilər əgər rasional baxsalar artıq, Qarabağdan tamamilə çıxmalarının vacib olduğunu anlayırlar. Amma təəssüf ki, ermənilər bu həqiqəti anlasalar da, yenə də özlərinin mənfur xislətlərindən çıxış edirlər. Razılaşmaya görə, Kəlbəcər rayonu boşaldılmalı idi. Ancaq hava şəraiti və digər məsələlər səbəbindən erməni tərəfi Azərbaycan dövlətindən Rusiya vasitəsi ilə bu vaxtın 10 gün uzadılmasını xahiş etdi. Azərbaycan həmişəki kimi humanizm prinsiplərindən çıxış edərək, müəyyən siyasi və digər məsələləri nəzərə alaraq buna razılıq verdi”.C.Hüseynzadə onu da bildirdi ki, ermənilər Kəlbəcərdən çıxarkən həm evləri yandırırlar, həm də mülki obyektləri, tarixi abidələri, qəbirləri dağıdırlar: “Bu məsələyə iki tərəfdən yanaşmaq lazımdır. Birincisi, bu vandalizm və barbarlıq ermənilərə xas olan bir addımdır. İkincisi, biz həmişə müqayisə edirik ki, azərbaycanlılar həmin ərazilərdən çıxmağa məcbur qalanda, insanlar öz evlərinin açarlarını belə götürüb çıxırdılar. Onlarda inam vardı ki, bir gün öz torpaqlarına, yurduna, elinə-obasına qayıdacaqlar. Amma ermənilər anlayırlar ki, artıq özlərinin olmayan bu torpaqda yaşaya bilməyəcəklər. Azərbaycan erməni vandalizmi ilə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək və Ermənistan Azərbaycana böyük məbləğdə təzminat ödəyəcək”.

sia.az

Digər xəbərlər